Korrupsionerlərə qarşı növbəti əməliyyatlar OLACAQ

13:04 07-05-2024 | icon 172 | Siyasət
Korrupsionerlərə qarşı növbəti əməliyyatlar OLACAQ

Azərbaycanda son həftələrdə korrupsioner məmurlara qarşı əməliyyatlar intensivləşib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi müxtəlif vəzifəli şəxslərə qarşı əməliyyatlar keçirir. Xüsusilə səhiyyə sahəsində korrupsiya faktları araşdırılır.

 

1 həftə öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası”nın da vəzifəli şəxsləri məsuliyyətə cəlb edilib.

 

Məsələ ilə bağlı danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, dövlət korrupsiya ilə mübarizəni özünün əsas fəaliyyət istiqamətlərindən biri hesab edir:

 

“Vaxtaşırı hüquq-mühafizə orqanlarının bu və ya digər dövlət qurumlarında keçirdikləri əməliyyat barədə məlumat verilir. Əməliyyatlar ilk növbədə korrupsiya ilə məşğul olan,üzərinə düşən vəzifəni maddi maraq ünvanı kimi görən vəzifəli şəxslərə yönəlib. Bu bir daha göstərir ki, dövlət korrupsiya ilə mübarizəni özünün əsas fəaliyyət istiqamətlərindən biri hesab edir. Hər bir vəzifədə olan insan üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir və düzgün işləməyi özünə qayda bilməlidir. Təəssüf ki, bəziləri bunu unudur və əməllərinin üstünün açılmayacağını düşünürlər".

 

 

Deputat vurğulayıb ki, məsul vəzifə verilən hər bir şəxsə keçirilən əməliyyatlar dərs olmalıdır:

 

"Artıq neçənci dəfədir ki, bu və ya digər dövlət orqanının məsul şəxsi cinayət məsuliyyətinə cəlb edilir. Cəmiyyət də bu məsələlər barədə məlumatlandırılır. Keçirilən məhkəmə prosesləri barədə də geniş reportajlar verilir. Hamı üçün aydın olmalıdır ki, kiməsə məsul vəzifə verilibsə, ilk növbədə ondan xalq və dövlət üçün düzgün, səlis işləmək tələb olunur. Əks halda onları da məhkəmə salonunda hakimin suallarına cavab vermək tarixi gözləyir".

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin digər üzvü Arzu Nağıyev söyləyib ki, korrupsiya və rüşvətxorluq hər bir dövlətin demokratik dəyərlərinə zərbə vuran amillərdir:

 

"Korrupsiyaya qarşı mübarizə mütəmadi olaraq keçirilir. Bu,Azərbaycan dövlətinin prioritet siyasətlərindən biridir. İstər DTX, istərsə də Baş Prokurorluq tərəfindən həyata keçirilən son əməliyyatlar bir daha korrupsiyaya qarşı mübarizənin əsas istiqamətlərdən olduğunun sübutudur. Korrupsiya kiminsə haqqına girmək, rüşvətlə bağlı cinayətlər həm ölkə daxilində, həm də xaricdə bir dövlətin demokratik dəyərlərinə zərbə vuran amillərdir. Hansı sahədə olursa-olsun, korrupsiyanın qarşısının alınması vacibdir". 

 

 

Deputat korrupsiya əməliyyatlarının davamlı olacağını qeyd edib:

 

"Ali Baş Komandan cənab İlham Əliyev,dəfələrlə, məmurları, eyni zamanda vəzifə sahiblərini xəbərdar edib ki, korrupsiya ilə mübarizədə qətiyyətliyik və sona qədər gedəcəyik. Bu əməliyyatlar adi haldır. Demək olar ki, hüquq-mühafizə orqanlarının gündəlik keçirdiyi əməliyyatlardan biridir. Bu işdə həm də hüquq-mühafizə orqanları, KİV-lər mütləq şəkildə özlərinin təbliğat-təşviqat işlərini də yüksək səviyyədə aparmalıdırlar.  Hər bir məmur, dövlət işində və digər qurumlarda çalışanlar da bilməlidir ki, dövlətdə ən yüksək məsələ hüquq, dövlətçilik və qanunlardır". /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq