ÜMİD ADAM...

18:06 07-05-2024 | icon 350 | Cəmiyyət
ÜMİD ADAM...

Vaqif Baloğlanov əslən Yardımlının Vəlixanlı kəndindəndir. Uzun illər "Semaşko" xəstəxanasının Yoluxucu xəstəliklərin reanimasiya şöbəsində çalışıb. Yüksək peşəkarlığı və şəfalı əlləri ilə böyük hörmət qazanmışdı. Uğurla müalicə etdiyi, sağlamlığa qovuşdurduğu xəstələrin say-hesabı çoxdan itib. Bu peşəkar həkimin onların həyatında oynadığı rolu unutmayanlar çoxdur. Hər dəfə adı çəkiləndə minnətdarlıqla xatırlayırlar. Onun iş üsulundan, hər bir xəstəyə fərdi yanaşmasından bu gün də danışanlar az deyil...

 
Çoxdandır ki, onu görmürəm. Deyilənlərə görə, artıq "Semaşko" xəstəxanasında işləmir. Sağlamlığında ciddi problemlər yarandığı üçün müalicə olunur...
 
 
Mehriban münasibəti, məzəli söhbətləri ilə yadımda qalıb. Deyirdi ki, - "Bu dünyaya sidq ürəklə bağlananın ağlı yoxdur. Sabahın xatirinə bu günü bada vermək olmaz. Gəlsə əcəl, verməz macal..."
 
 
Vaqif həkim, heç bilmirəm indi haradasan? Dünyanın harasında olsan da Sənə can sağlığı arzulayıram. Sənin salamat olmağın neçə-neçə xəstənin şəfa tapacağına bir ümiddir. Çox yaşa, ÜMİD ADAM!
 
 
Sənan Həsənov Sənin müalicə etdiyin Raqub Qasımovun dediklərini qələmə alıb:
 
“Vəziyyətim həqiqətən ağır idi. Həm də infeksion xəstəliyə yoluxmaq mənim üçün əlavə çətinlik yaradırdı. Sağ olsun, Vaqif həkim, onun hesabına bu gün də yaşayıram. Kim nə deyir, desin – Azərbaycanda əsil peşəkar həkimlər var... ”
 
 
Səltənət Orucova isə:
 
“Vaqif həkim bacımı müalicə edib. Allah ondan razı olsun. Bəlkə də onun fədakarlığı, səyləri olmasaydı indi bacım bu dünyada olmazdı. İnsan adamdır. "YOX"un nə olduğunu yaxşı dərk edir...”
 
Yeri gəlmişkən, eşitdiyimə görə fevralın 1-də 70 yaşı tamam olub. Gec də olsa, təbrik edirəm!..
 
 
Elman Eldaroğlu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Külək güclənəcək - XƏBƏRDARLIQ

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT