İstanbul aeroportunda qorxu dolu anlar

12:40 08-05-2024 | icon 293 | Dünya
İstanbul aeroportunda qorxu dolu anlar

ABŞ-nin “FedEx” yük şirkətinə məxsus “Boeing 767” tipli təyyarə İstanbul Hava Limanında qəzalı eniş edib. Hadisəyə səbəb hava gəmisinin şassisinin açılmaması olub.

 

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən xəbər verilib.

 

Məlumata görə, təyyarə Paris-İstanbul reysini yerinə yetirirmiş.

 

“Bu gün “FX6238” Paris-İstanbul yük reysini həyata keçirən “Boeing 763” tipli təyyarənin pilotu İstanbul Hava Limanının ATC (Hava Nəqliyyatına Nəzarət - red.) bölməsinə yerli vaxtla saat 07:55-də ön eniş şassisinin açılmaması (hidravlik nasazlıq səbəbindən) barədə məlumat verib. Yerli vaxtla saat 08:17-də 16R uçuş-enmə zolağına ön şassisi bağlı halda enib və uçuş zolağında qalıb. Təyyarəyə Hava Limanı Xilasetmə və Yanğından Mühafizə Xidməti  qrupları tərəfindən müdaxilə edilib. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Rəhbərlik tərəfindən ekspertlər təyin edilərək araşdırma işlərinə başlanılıb”, - deyə məlumatda bildirilib.

 

Həmin qorxulu anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN