DİM-in yeni korpusu təqdim olundu

12:51 08-05-2024 | icon 229 | Təhsil
DİM-in yeni korpusu təqdim olundu

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni imtahan korpusu ilə tanışlıq olub.

 

Versus.Az xəbər verir ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə media nümayəndələrinə elektron imtahanların keçirilməsi üçün nəzərdə tutulan imtahan korpusu və onun imkanları haqqında məlumat verib.

 

Qeyd olunub ki, binada elektron qaydada keçirilən beynəlxalq imtahanlar, müxtəliftəyinatlı müsahibələr və təlimlər üçün nəzərdə tutulmuş zallar və digər funksional otaqlar mövcuddur.

 

İmtahan korpusu yeddi mərtəbə və zirzəmidən ibarətdir. Binanın zirzəmisində imtahanlarda istifadə olunan dinləmə mətnlərinin səsyazma studiyası və anbar, 1-ci mərtəbədə xüsusi avadanlıqla təchiz edilmiş müsahibə zalları, əhaliyə psixoloji xidmət göstərilməsi üçün otaqlar və vətəndaşların qəbulu üçün geniş zal, 2-6-cı mərtəbələrdə böyük və kiçik imtahan zalları, 7-ci mərtəbədə konfrans zalı, işçi otaqları və yeməkxana yerləşir.

 

İmtahan korpusunda yaradılan buludəsaslı texnoloji infrastruktur müasir innovativ “private cloud” platformasında qurulub.

 

Məlumata görə, DİM tərəfindən hazırda keçirilən 45 növ imtahanın hər biri iştirakçı sayı nəzərə alınmaqla bu binada təşkil oluna bilər. Belə ki, imtahan korpusunda hər gün iki növbə olmaqla təqribən 1 700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər.

 

Bundan əlavə, imtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastruktur ehtiva etdiyindən binadan kənarda da bütün ölkə üzrə elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan verir.

 

Beləliklə, imtahan korpusunun fəaliyyətə başlaması müxtəlif sahələrdə aparılan biliyin qiymətləndirilməsi kimi kütləvi prosesin rəqəmsallaşdırılması istiqamətində atılan ilk addımdır.

 

Bundan sonra daha müasir alətlərdən istifadə olunmaqla platformanın inkişaf etdirilməsi, o cümlədən multimedia texnologiyalarının, situativ tapşırıqların tətbiqi, yazı işlərinin və danışıq bacarıqlarının yoxlanılması nəzərdə tutulur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq