Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

20:35 08-05-2024 | icon 325 | Gündəm
Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

 

Mayın 8-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda müasir Azərbaycanın xilaskarı və qurucusu, müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Versus.az-a Baş prokurorluqdan bildirilib. 

 

Verilən məlumata görə, tədbirdə Baş Prokurorluğun rəhbərliyi və prokurorluq əməkdaşları ilə yanaşı, Milli Məclisin Sədrinin 1-ci müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və digər deputatlar, eləcə də media nümayəndələri iştirak edib.

İştirakçılar Baş Prokurorluğun inzibati binasında yerləşən Ulu Öndərin büstü önünə gül dəstələri qoyub, əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramla yad edib.

Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və ölkəmizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra isə Dövlət Himni səsləndirilib.

Çıxış edən Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycanın qurucusu və memarı, dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına malik Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və dərin dövlətçilik təcrübəsindən bəhs edib, görkəmli dövlət xadiminin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasını diqqətə çatdırıb.

Baş prokuror qeyd edib ki, Azərbaycan xalqına və millətinə əvəzsiz xidməti həyatının məqsədi və mənası kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq məfkurəsinin formalaşdırılması və möhkəmləndirilməsi, eləcə də ölkəsinin rifahı uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik etmişdir.

Qeyd olunub ki, dahi dövlət xadimi öz uzaqgörənliliyi, siyasi müdrikliyi, əyilməz iradəsi və qətiyyəti, ən əsası – milli ümumxalq həmrəyliyi nəticəsində müstəqil Azərbaycanı hazırki və gələcək nəsillər üçün qoruyub saxlamış və müasir inkişaf yoluna çıxarıb.

Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan qalib dövlətə çevrilib, onun qətiyyətli siyasi iradəsi, apardığı məqsədyönlü siyasət və Şanlı Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində Qarabağ düşmən işğalından azad edilib və dövlətimizin ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının və dövlətinin həyatında yeni bir tarixi mərhələnin başlanğıcı olub.

Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə qısa müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızda sürətli bərpa və yenidənqurma işlərinin icra edildiyini bildirən Baş prokuror görülən titanik fəaliyyətin hər bir vətəndaşımıza qürur və sevinc, dünya dövlətlərinə isə heyrət hissi yaşatdığını vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov və Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən Respublikamızda ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, ölkədəki ekoloji problemlər həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə mütəmadi olaraq silsilə tədbirlər görülüb.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyev haqqında film nümayiş olunub.

İlahə

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər


“Yenidən müharibəyə başlamaq planları qururlar”

Misir-Azərbaycan əlaqələrinin inkişafından qarşılıqlı GÖZLƏNTİLƏR

El arasında “qulaqdibi” adlanan SVİNKA

Lənkəranda Uşaq Musiqi Məktəbinin HESABAT KONSERTİ

Almaniyada COP29-la bağlı sənədlər İMZALANDI

Azərbaycan BMT-nin şurasına üzv SEÇİLDİ

Azərbaycanlı astronavt kosmosa uçdu

Fransadan Rusiyaya ÇAĞIRIŞ

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Şahmatçımız Fransa çempionu oldu

Laçına dolu yağıb

Dövlət Əmək Müfəttişliyi Xidmətində QANUN BOŞLUĞU

Bakı-Ağstafa qatarlarına Tovuzda dayanacaq VERİLDİ

Ağciyər xərçənginə qarşı YENİ ÜMİD

İsrailə 19 mindən çox raket atılıb