Əfsanəvi telefonun yeni VERSİYASI

08:40 09-05-2024 | icon 375 | Maraqlı
Əfsanəvi telefonun yeni VERSİYASI

Mobil texnologiya dünyasında əlamətdar hadisə baş verib - “Nokia” brendinin sahibi olan “HMD Global” minilliyin əvvəlində çoxlarının sevimlisinə çevrilən əfsanəvi “Nokia 3210” telefonunun yenilənmiş versiyasını təqdim edib.

 

Yeni “Nokia 3210” tanınan dizaynını qoruyub saxlasa da, müasir xüsusiyyətlərə malikdir. Bu telefon indi 4G bağlantısını dəstəkləyir, 2,4 düymlük rəngli LCD displey və “Unisoc T107” prosessoru ilə təchiz olunub. Onun operativ yaddaşın həcmi 64 meqabayt, yaddaş kartı isə 128 meqabaytdır. Yaddaş həcmini “microSD” kartdan istifadə etməklə 32 meqabayta qədər artırmaq olar.

 

 

Telefonun arxasında iki meqapiksellik kamera və işıq kimi də istifadə edilən fənər var. Cihazın spesifikasiyasına həmçinin “Bluetooth 5.0” simsiz rabitə, MP3 pleyer və FM radio daxildir.

 

 

 

İstifadəçilər ən son xəbərlər, hava proqnozu və “YouTube Shorts” xidmətinin mövcud olduğu “Nokia” bulud xidmətlərinə qoşula biləcəklər. Bundan əlavə, onlar “Nokia 3210”un yeni versiyasında məşhur olan “Snake” mobil oyununu oynaya biləcəklər. Cihaz “S30+” əməliyyat sistemi ilə işləyir.

 

 

Yenilənmiş “Nokia 3210” üç rəngdə mövcuddur: mavi, qızılı və qara. Qiymət satış bölgəsindən asılı olaraq dəyişə bilər. Avropada isə onun qiyməti 80 avro (təxminən 146 manat) olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI