Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

09:57 09-05-2024 | icon 268 | Siyasət
Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Kamilə Əliyeva: "Kifayət qədər qaz yataqlarımız var və bu, qaz ixracının həcminin artırılmasına imkan yaradır"

 

"Azərbaycanla sıx iqtisadi, siyasi əlaqələr qurmaq istəyən Avropa İttifaqına üzv dövlətlərin sayları artmaqdadır. Bir çox Avropa dövlətləri Azərbaycanın dost, etibarlı tərəfdaş ölkə olduğunu vurğulayırlar. Bu, ölkə başçımızın apardığı uğurlu xarici siyasətə, bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmasına, eləcə də beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasət həyata keçirilməsinə verilən yüksək qiymətdən irəli gəlir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib.

 

Son illər Avropa İttifaqına üzv olan Slovakiya ilə Azərbaycan arasında iqtisadi, siyasi əlaqələrin yüksəlməkdə olduğunu deyən K.Əliyeva bildirdi ki, Slovakiya Respublikasının Baş Naziri Robert Fitsanın Azərbaycana rəsmi səfərə gəlməsi və iki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlıq haqqında sənədlərin imzalanması əlaqələrin yüksək inkişafının göstəricisidir:

 

"Prezident cənab İlham Əliyev Slovakiya Respublikasının Baş Nazirinin ölkəmizə səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış etdi. Çıxışında ölkə başçımız Slovakiya ilə Azərbaycan arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və gələcəkdə bu əlaqələrin bütün istiqamətlər üzrə daha da inkişaf etdiriləcəyini vurğuladı. Slovakiya Respublikasının Baş Nazirinin Azərbaycana səfər etməsi iki ölkə arasında əlaqələrin yeni mərhələsinə qədəm qoydu. Azərbaycanla Slovakiya dövlətləri arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması əlaqələri yüksək səviyyəyə qaldırdı. Son illər həm Azərbaycanda, həm də Slovakiyada Müdafiə Sənayesi sahəsinin inkişafında böyük addımlar atılmışdır. İki dövlət arasında müdafiə sənayesində birgə istehsal sahəsinin yaradılması haqqında razılığın əldə olunması çox mühüm addımdır.
Artıq 3 ildən çoxdur Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə 8 ölkəyə qaz ixrac edir və yaxın vaxtlarda Slovakiyaya Azərbaycan qazı nəql ediləcək. Bu da Slovakiyanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Ümumiyyətlə Azərbaycandan Avropaya qaz ixracı hər il artırılır. 2021-ci ildə qaz ixracı 8 milyard kub metr idisə, bu il bu rəqəm 12 milyard kub metrə çatdırılacaq. 2027-ci ilin sonuna Azərbaycandan Avropa dövlətlərinə qaz ixracı 20 milyard kub metrə çatdırılacaq".

 

Deputat qeyd edib ki, Azərbaycanın kifayət qədər qaz yataqları mövcuddur və bu imkan verir ki, qaz ixracının həcmi artırılsın:

 

"Eyni zamanda ölkəmizdə yaşıl enerji istehsalı sahəsində də böyük layihələr icra olunub və bu işlər davam etdirilir. Ölkəmizdə yaşıl enerji istehsalı təbii qaza böyük həcmdə qənaət etməyə imkan verəcək və Avropaya əlavə qaz ixracının artırılmasına da imkan yaranacaq.
Işğaldan azad edilmiş Ağdam rayonunun Qərvənd kəndinin yenidən qurulmasını Slovakiya şirkəti icra edəcək. Bu Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsinin nümunəsidir".

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI