“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”

09:30 11-05-2024 | icon 559 | Geopolitika
“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”

Vüqar Dadaşov: "Odessa məğlubiyyəti Ukraynanın taleyini müəyyən edən yükə malikdir"

 

“Gürcüstanda müşahidə olunan gərginliyə Qərbin müdaxilə imkanları zəifdir. Proseslərin moderatoru Rusiyadır. Qərbmeyilli Paşinyan hakimiyətinin də Rusiyadan uzaqlaşmaq siyasətinə korrektə etdiyi və yumuşalma siyasəti özünü büruzə verir. Əlbəttə ki, Rusiya nəinki Gürcüstanda, ümumən keçmiş sovet respublikalarında hələ də mövqeyini itirmədiyini Qərbə əyani surətdə sübut edir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi ekspert Vüqar Dadaşov bildirib.

 

V.Dadaşov qeyd edib ki, Qərbin Gürcüstanda mövqeyi 2008-ci ildən məlum müharibədən sonra daha da güclənib:

 

“Ancaq əslində, Saakaşvilini inandıraraq Gürcüstanı müharibəyə başladan Qərbin Gürcüstanı acınacaqlı vəziyyətə saldı və iki regionun itiririlməsi ilə gürcü xalqının Qərb inamı sarsıldı. Bütün bu illərdə Gürcüstanın Rusiyadan distansiya saxlaması isə Qərbin həlledici təsiri yox, Rusiyanın Gürcüstanın iki regionunu işğal etməsi ilə bağlı nəticədir. Əgər Qərbin Gürcüstana hakimiyyətə əhəmiyyətli təsiri olsaydı, Gürcüstanın həbs etdiyi keçmiş prezidenti Saakaşvilini azadlığına nail olardı. Hansı ki, Qərb liderlərinin mütləq çoxluğu Saakaşvilinin sərbəst buraxılması üçün Gürcüstan hakimiyyəti ilə danışıqlar aparıb, xahişlər edibdir. Yeri gəlmişkən, keçmiş Gürcüstan prezidenti Saakaşvili həbsdən bildirib ki, o şəxsən Rusiya prezidenti Vladimir Putinin sifarişi əsasında həbsdə saxlanılır”.

 

V.Dadaşov qeyd edib ki, Gürcüstanda gedən proseslər, ABŞ başda olmaqla Qərb Rusiya mübarizəsinin tərkib hissəsidir və Qərb bu meydanda aciz durumdadır:

 

“Gürcüstan Rusiya  münasibətlərinin vəziyyəti daha çox gürcü xalqının öz istəyinə bağlı faktordur. Hakimiyyətin isə Rusiya ilə münasibətlərin normallaşmasına açıq formada getməməsi də məhz bu səbəbdəndir. Əlbəttə ki, yaranmış vəziyyətdən də Qərb öz maraqları üçün manipulyasiya edir. Baş verən proseslərin Gürcüstan üçün təhlükəsi ondadır ki, hakimiyyətə Rusiyayönümlü liderinin gətirilə bilər və Gürcüstan açıq şəkildə Rusiya orbitinə qaytarılar. Zatən, Gürcüstan hakimiyyətinə həlledici təsirə malik "boz kardinal" adlandırılan İvanaşvilinin Rusiyanın adamı olması heç kəsə gizli deyil”.

 

Gürcüstanda baş verən proseslərin Azərbaycana təsirinə gəlincə ekspert qeyd edib ki, Cənubi Qafqazda mümkün dəyişikliklər hər üç respublikaya bu və ya digər halda təsir edir:

 

“Ancaq, proseslərin Azərbaycana siyasi təsiri hiss olunan səviyyədə mümkün deyil. Azərbaycan özü  ən böyük, iqtisadi və hərbi baxımdan regionun ən qüdrətli dövlətidir və imkanları ilə dünya siyasi axarına əhəmiyyətli təsir edən və nəhayət müstəqil siyasi iradəsini yeritməyini əngəlləyən heç bir maneəsi yoxdur. Digər tərəfdən, Azərbaycan Rusiya ilə müttəfiqlik prinsiplərinə uyğun münasibəti Azərbaycanı Qərb Rusiya mübarizəsinin iştirakçısı kimi istisna edir. Beynəlxal geosiyasi proses onu göstərir ki, ABŞ başda olmaqla Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir. Nəinki, Rusiyanı durdurmaq, zəiflətmək alınmır hətta, artıq Rusiya Qərbin orbitində olduğunu hesab etdiyimiz bəzi dövlətləri məsələn, Gürcüstanı öz təsir dairəsinə qaytarmaq üçün ciddi addımlar atır və Gürcüstanın siyasi inteqrasiya xəttini dəyişmək iqtidarında olduğunu nümayiş etdirir. Rusiyanı süründürməçi müharibə ilə zəiflətmək planı Qərbin hesabladığı nəticəni vermədi. Əksinə, zaman Rusiyanın xeyrinə işləyərək Rusiyanın toparlanmasına, öz daxili imkan və resurslarına əsaslan gücünü bərpa etməyə imkan verdi. Ermənistanda da Paşinyanın hakimiyyətinin antirusiya siyasi kursunun yumuşalması açıq hiss olunur. Paşinyan iqtidarı artıq Qərbdən gələn tələbləri icra etməkdə tərəddüd edir və Azərbaycanla razılaşmaya getməsi məhz bu qənaətimizin sübutudur. Qərbin, NATO-nun Cənubi Qafqazda yerləşməsi üçün, Azərbaycanla Ermənistan arasında daimi gərginliyin mövcudluğu bir vasitə kimi, əldən çıxması əlbəttə ki, Qərb üçün ağır zərbə, böyük itkidir. Ukraynadakı müharibə hansı ki, bütünlüklə Qərb- Rusiya qarşıdurmasının siyasi-hərbi mübarizəsinin həlledici meydanı kimi, proseslər Rusiyanın xeyrinə   əsaslı şəkildə dəyişib. Artıq Odessanın Rusiya tərəfindən işğalı zaman məsələsinə çevrilib. Odessa məğlubiyyəti isə demək olar ki, Ukraynanın taleyini müəyyən edən yükə malikdir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI