"Gürcüstanda vəziyyət daha qəlizdir"

09:47 11-05-2024 | icon 634 | Geopolitika
"Gürcüstanda vəziyyət daha qəlizdir"

Rauf Məmmədov: “Proseslərin bu cür inkişafı Türkiyə ilə Rusiyanın marağına uyğun gəlmir”

 

“Cənubi Qafqaz qaynayır. Təkcə Gürcüstanda deyil, Ermənistanda da vəziyyət gərgindir. Qərb bu ölkələrdə idarəçiliyi ələ almaqla Azərbaycana da təsir etmək niyyətini güdür. Ermənistan iqtisadiyyatının Rusiyadan asılı olması faktı Qərbin bu yöndə ermənilərə doğru addım atmasını zəruri edir. Qərb Ermənistanla bağlı məqsədlərini həyata keçirmək üçün xeyli vaxt sərf etməlidir.”

 


Versus.Az xəbər verir ki, bu barədə politoloq Rauf Məmmədov hazırda Ermənistan-Rusiya-Qərb münasibətlərində cərəyan edən proseslərə şərh edərkən bildirib.

 

Politoloq qeyd edib ki, Ermənistan-Rusiya, eləcə də Rusiya-Gürcüstan və Qərb arasında baş verən gərginliyin yüksələn xətt üzrə inkişaf edir. Onun sözlərinə görə, Rusiyanın dəstəklədiyi Qarabağ klanı Paşinyana qarşı qalxıb hakimiyyəti devirmək istəyir:

 

“İndi də erməni xalqını öz ətrafında birləşdirmək üçün bir keşiş seçiblər. Erməni diasporasının maliyyə dəstəyi ilə Paşinyana qarşı bir sosial qrup da formalaşır. Ermənistan mürəkkb proseslər gedir. Ermənistan iqtisadiyyatı Rusiya ilə sıx bağlı olsa da, Avropa ilə maliyyə dövriyyəsi 14 dəfə artıb. Ermənistan Rusiyaya xəyanət etməklə özünü uçuruma yuvarlabdırdığını da bilir”.

 

R.Məmmədov Gürcüstanda vəziyyətin daha qəliz olduğunu deyib:

 

“Gürcüstan xalqı ikiyə bölünüb. Gənclərlə yaşlı nəsil qarşı qarşıya gəlir. Gürcüstanda Qərbə yönümlü, livberalizmə meyilli gənclər çoxluq təşkil edir. Onlara qarşı duran ikinci qüvvə isə Gürcüstanın qərbə inteqrasiyasına qarşı çıxırlar, hansılar ki, Gürcüstanda ənənəvi adət-ənənələrin qorunub saxlanmasını dəstəkləyirlər, eləcə də Gürcüstan Arzusu Partiyası, gürcü kilsəsi də həmin qrutları dəstəkləyir. Beləliklə Rusiyanın dəstəklədiyi qrupla, Qərbin dəstəklədiyi qruplar arasında mübarizə gedir. Hakimiyyət daxilində yaranan qruplaşmalar arasında da münasibətlər sərtləşir. Bu Gürcüstanda vətəndaş müharibəsinə gətirə bilər”.

 

Politoloq hesab edir ki, Ermənistanda vətəndaş qarşıdurmasının olması real görünmür. Çünki Ermənistan cəmiyyəti tez bir zamanda mobilləşib ortaq fikrə gələ bilir. Ancaq Gürcüstanda xaos genişlənə bilər.

 

R.Məmmədov qeyd edib ki, Qərb Azərbaycanı qarışdırmağa çalışsa da, burda təsir gücləri o qədər deyil:

“Gürcüstan çoxdan Qərbə bağlıdır. Gürcüstanın QHT, media qurupluşları Qərbin qrantları hesabına işləyir, gənclər xaricdən maliyyələşən strukturlara bağlıdırlar. “Xarici agentlər haqqında qanunun” qəbulundan sonra minlərlə insanı həbs eləmək olar. Əslində məqsəd Gürcüstanı İvanaşvili hakimiyyətindən çıxarmaqdır. Gürcüstanın Qərbə yönləndirilməsi Rusiyanın marağında deyil. Bu, Azərbaycan və Türkiyə üçün yaxşı hal deyil. Çünki Fransanın, Amerikanın antiazərbaycan münasibətləri bəllidir. Qarabağın Azərbaycandan qoparılmasını, ermənilərə status verilməsini istəyirlər, eyni zamanda Turan Birliyinin qarşısını almağa çalışırlar. Qərbyönümlü siyasətçilərin hakimiyyətdə qalması Azərbaycanın maraqlarına uyğun deyil. Əgər liberallar hakimiyyətə gəlsə Ermənistanla Gürcüstan yaxınlaşacaq və Azərbaycana qarşı birləşəcəklər Amerika və Fransanın təsiri ilə Azərbaycanı sıxışdırmağa, Türkiyəyə qarşı təzyiqi artırmağa çalışacaqlar. Gürcüstandan Ermənistana karidor açılarsa bu Qara dənizə, oradan Avropaya çıxışları asanlaşır. Proseslərin bu cür inkişafı Türkiyənin, Rusiyanın da maraqlarına uyğun gəlmir. Belə çıxır ki, Gürcüstanda Ermənistanda baş verən proseslər, Qərbyönümlü siyasətçilərin bölgədən uzaqlaşması bizim də maraqlarımıza uyğun gəlir”.

 

Politoloq burada rus faktorunun ortaya çıxdığını deyib. Onun sözlərinə görə, Azərbaycan iki variantdan birini seçir:

 

“İndiki vəziyyətdə hələlik Rusiya ilə maraqlarımız üst-üstə düşür. Rusiya Gürcüstanda tərəfdarları olan qüvvələrin hakimiyyətə gəlməsi üçün onlara bir çox vədlər verə bilər. Bu, Cənubi Osetiyanın, Abxaziyanın Gürcüstana qaytarılması, istisadi yaxşınlaşması ola bilər. Rusiyanın Zəngəzur dəhlizinin açılmasında marağı var. Rusiya bu məsələlərdən istifadə edib dəhlizin açılması və nəzarəti üzərinə götürməkdə maraqlıdır. Qərblə müqayisədə bu məsələdə Rusiya ilə maraqlarımız üst-üstə düşür. Bu baxımdan biz Qərbin regionda möhkəmlənməsində maraqlı deyilik. Çünki Qərb Azərbaycanda da qarşıdurmalar, inqilablar yaratağa çalışacaq. Əgər Rusiya öz istəyinə nail ola bilsə 3+3 formatı gündəmə gələ bilər. Bu da hansısa mənada region dövlətləri üçün sərfəlidir. Əgər qərb regiondan uzaqlaşdırılsa Rusiya güclənəcək, amma bu o demək deyil ki, Azərbayacanla Türkiyə kənarda qalacaq. Bu prosesdə Rusiya Azərbaycan Türkiyə üçlüyü güclənəcək. Ancaq Rusiya regionu özünün nəzarətində saxlamağa çalışacaq. Gələcəkdə burda da problemlər çıxa bilər”.

 

Politoloq bildirib ki, Qərb Ermənistan və Gürcüstanda məğlub olarsa, o zaman bir açarı qalır, o da İrandır. Qərb qüvvələri İrandan Azərbaycana, Türkiyəyə Rusiyaya qarşı cəbhə aça bilərlər:

 

“İranda hakimiyyət iki yerə bölünüb -molla hakimiyyəti, islahatçılar adı ilə liberallar, hansı ki, Amerikaya Fransaya bağlıdır. İran hakimiyyəti müstəqil deyil və orada da belə bir proses başlaya bilər. Regionda gərginlik dərinləşməyə doğru gedir. Ermənistan Rusiya münasibətləri kontekstində proseslərdən nəticə çıxarılmazsa vəziyyət müharibəyə qədər apara bilər”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI