"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

09:52 11-05-2024 | icon 570 | Geopolitika
"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

Elşad Mirbəşir: “Gürcüstandakı etiraz aksiyaları Qərb tərəfindən təşkil və idarə olunur”

 

Gürcüstanla Ermənistanın, Rusiyanın iqtisadiyyatı sıx bağlıdır. Rusiya bazarı, iqtisadiyyatı bu ölkələr üçün əhəmiyyətlidir. Rusiyada çoxsaylı gürcülər, ermənilər yaşayır, işləyirlər. Avropa bunu əvəz edəcək heç nə təklif edə bilmədiyi halda onlara özlərini qurban verməyi tələb edir.

 

Versus.Az xəbər verir ki, bunu deputat Elşad Mirbəşir Qərbin Cənubi Qafqazda yaratdığı gərginlik və baş verən aksiyalarla bağlı açıqlamasında bildirib.

 

Deputat qeyd edib ki, ABŞ ayrı-ayrı ölklərin maddi, insan resurslarından öz geosiyasi rəqiblərinə qaşı istifadə edir, ölkələri göz önündə məhv edirlər. Onun sözlərinə görə, məhz Ukraynada baş verənlər bir daha göstərdi ki, Qərb ayrı-ayrı ölkələrin ərazilərini geosiyasi rəqiblərinə qarşı döyüş meydanına çevirib özləri kənardan müşahidə edir, bununla da öz maraqlarını təmin etmiş olurlar:

 

“Gürcüstan “agent haqqında qanunu” qəbul etməklə kənar müdaxilələrin qarşısını almaq, özünün azadlığını müstəqilliyini təmin etmək istəyir. ABŞ guya Gürcüstana Rusiyadan müstəqillik, azadlıq istədiyini bəyan edir, amma azadlığına qovuşmaq üçün qəbul etdiyi qanuna qarşı çıxır. Faktiki olaraq o ölkəni özündən asılı vəziyyətə salmaq istəyir, rəngli inqilablar, marianet siyasi rejimlər formalaşdırırlar. Bu rejimlər Qərbin təlimatları əsasında öz fəaliyyətlərini qururdular”.

 

Deputat bildirib ki, etiraz aksiyalarının təşkil olunmasına baxmayaraq Gürscüstan parlamenti qanun layihəsini sonadək dəstəkləməklə iradəsini nümayiş etdirir:

 

“Artıq Gürcüstanda “xarici agent haqqında qanun” layihəsi ikinci oxunuşda qəbul olundu. Gürcüstan bununla nümayiş etdirir ki, maraqlarına cavab verən addımları atmaq niyyətindədir. ABŞ özünün 1938-ci ildə qəbul etdiyi “agent haqqında qanun”un Gürcüstanda qəbul olunmasına qarşı çıxır. Gürcüstandakı etiraz aksiyaları qərb tərəfindən təşkil olunub, idarə olunur. Qərb dairələri Gürcüstana qarşı siyasi hücumlarını həyata keçirməkdədir. ABŞ rəsmisi O, Brayn açıq şəkildə -biz Gürcüstan baş nazirinə təklif etdik ki, qanun layihəsinə birgə baxaq, o da buna reaksiya vermədi- deyə bildirib. Bununla da Gürcüstanda etiraz aksiyalarını keçirmələrinin işarəsini aydın şəkildə nümayiş etdiriblər. Qərb çəkinmədən, heç bir çərçivə tanımadan başqa ölkələrin daxili işlərinə müdaxilə edir. Biz bunu ABŞ-ın davranışlarında müşahidə etməkdəyik”.

 

Deputat bildirib ki, Ukraynada, Gürcüstanda, Qırğızısatanda rəngli inqilabları törədənlərin siması eyni idi:

 

“Eyni mobil qruplar bir ölkədən digər ölkəyə gedərək belə inqilabları təşkil edirdilər. Bu gün də eyni ssenari Gürcüstanda təkrar olunmaqdadır. 2004-cü ildə Saakaşvili hakimiyyətə gələndə bir sıra gürcü nazirləri öz maaşlarını Fransadan alırdı. Gürcüstan Qərbdən tam asılı vəziyyətə salındı. Avropaya inteqrasiya istiqamətində Gürcüstan heç bir şey qazanmadı. Bun gün yarım milyondan artıq gürcü avropanın müxtəlif ölkələrinə üz tutsalar da, hansısa böyük uğurları ilə gündəmə gəlmədilər. Bunun müqabilində Gürcüstanın Rusiya ilə düşmən münasibətdə olmasını isyəyir. Hazırda 25 minə qədər QHT başda ABŞ olamaqla müxtəlif Avropa ölkələrindən vəsaitlər alıblar və onların təlimatlarını yerinə yetirirlər. Qərbin bölgəyə vermək istədiyi xaosdur, idarə olunan münaqişələrdir. 500 ildən artıqdır ki, bütün dünya bunu müşahidə edir. Qərb bu cür iyrənc mexanizmləri ilə dünyayını yönləndirməkddr. Qərbin müdaxilə cəhdlərinə qarşı dayanmaq gücündə olan Azərbaycan ölkələr ümidlər yaradır. Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür. Qərbin neokolonializm siyaətinə qarşı açıq platforma formalaşdırır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI