“Əsas xərc prioriteti azad edilmiş ərazilər olacaq”

11:47 11-05-2024 | icon 181 | Siyasət
“Əsas xərc prioriteti azad edilmiş ərazilər olacaq”

Aydın Hüseynov: “Bu işlərin birbaşa Azərbaycanın öz xərcləri hesabına daha da genişlənməsi əsas çağırışdır”

 

Regionun geoiqtisadi mənzərəsi ölkə daxilində cərəyan edən və sosial-iqtisadi inkişaf tempinin yüksəldilməsinə imkan yaradan bir çox amillərlə xarakterizə olunur. Bu gün müstəqil dövlətin azad torpaqlarında vətəndaşın daha yaxşı yaşamasının təmin edilməsi real iqtisadi resurslar, eləcə də dövlət büdcəsinin vəziyyəti ilə adekvat hesab olunur ki, bu da əhalinin sosial rifahının artırılması üçün mühüm addımların atılması zərurətini ortaya qoyur. Eyni zamanda əhalinin sosial-iqtisadi durumu ilə bağlı narahatlıq doğuran məsələlərə aydınlıq gətirilməsi üçün geniş imkanlar açır.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Aydın Hüseynov müəyyən nüanslara diqqət çəkib.

 

 

- Aydın müəllim, verilən məlumatlara görə, Büdcədə 1 milyard manata yaxin əlavə vəsait formalaşıb. Ümumən Dövlət Büdcəsi necə formalaşıb və durum nədir?

 

- 2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,2 milyard manat, xərcləri 8,4 milyard manat olub və nəticədə büdcədə 821,7 milyon manat məbləğində profisit yaranıb. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 12,9 faiz çox icra edilməklə 6 milyard manat təşkil edib. Belə ki, dövlət büdcəsinin gəlirlərinin 4,2 milyard manatı vergi orqanlarının xətti ilə daxilolmalar təşkil edib və əsas gəlirlər qeyri-neft yığımları olub. Vergi orqanları 530 milyon manat qeyri-neft vergi yığımları əldə edib. Bu onu, göstərir ki, ölkəmizdə iqtisadi inkişaf dayanıqlıdır və qeyri-neft sektoru üzrə yığımlar da artır. Bu isə ona imkan verir ki, büdcədə əlavə profisitin yeni maliyyə xərcləri kimi müxtəlif sahələrə yönəldilməsinə təminat verir.

 

- Büdcəyə yenidən baxılması nə vaxta təsadüf edəcək və dəyişiklik baş verərsə, əsas prioritet istiqamət nə olacaq?

 

- Mövcud ümidverici büdcə göstəriciləri 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlı məsələni də meydana çıxarır. Ötən ilin təcrübəsinə əsaslansaq son 3-4 ildə büdcədə profisit yarananada dövlət büdcəsinə yenidən baxılaraq dəyişikliklər edilib. “Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər. Ona görə də, dövlət büdcəsində formalaşan profisit və eləcə növbəti dövr üçün fiskal proqnozlar nəzərə alınmaqla bununla bağlı qərar verilməsi mümkündür. Bu məsələ hökumətin iqtisadi qurumlarının qarşıdakı aylar üzrə iqtisadi proqnozları və fiskal vəziyyəti dəyərləndirməsindən sonra real ola bilər.

Eləcə də büdcəyə dəyişikliklər olacağı zaman 2024-ci ilin dürüstləşdirilmiş büdcə layihəsində edilmiş ərazilərdə aparılan sürətli bərpa və yenidən qurulma işlərinin miqyasının daha da artırılması ilə bağlı xərclərin artımı ilk xərc maddəsi olacaq. Çünki azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, infrastrukturların yaradılması geniş vüsət alır. Bundan sonrakı mərhələdə bu işlərin birbaşa Azərbaycanın öz xərcləri hesabına daha da genişlənməsi əsas çağırışdır. Ona görə də, büdcədə azad edilmiş ərazilərlə bağlı nəzərdə tutulan maliyyə təminatının böyük bir hissəsi həm də qeyd edilkən ərazilərin yenidən qurulmasına yönəldiləcək. Digər xərclər əsas strateji vəzifəmiz olan işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması, milli təhlükəsizlik istiqamətlərin maliyyələşməsinə yönələcək.

Büdcədən azad edilmiş ərazilərin bərpasına nə qədər çox vəsait ayrılarsa Böyük Qayıdış daha da tezləşmiş olacaq. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi  rayonlarında  infrastrukturun  yenidən qurulması, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası təmin olunacaq ki, bu da öz növbəsində iqtisadiyyatın bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaradacaqdır.

 

- Maaş artımı və pensiyaların artırılması ehtimalı varmı?

 

- Büdcədə əlavə xərclərin maaş artımı və pensiyaların artırılması üçün büdcədən əlavə xərclərin nəzərə alınması mümkünlüyünüə gəlincə, A.Hüseynov qeyd edib ki, əsas starteji xərc maddələri sırasında sosial təminat xərcləri də yer alıa bilər. çünki büdcədə hər zaman sosial sahə prioriet olub və bu baxımdan həmin sahə üzrə zəruri xərclərin də maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasının mümkünlüyü istisna deyil.

 

 

- Mövasümü olsa da bir sıra məhsullarda - xüsusilə də pomidorun, ətin qiymətində ucuzlaşma yox əksinə bahalaşma müşahidə edilir. Bu nə ilə əlaqədardır?

 

- Ölkənin daxili bazarında qiymətlərin dəyişməsinə gəlincə, fikrimcə hazırda Azərbaycanda istehlak mallarında enmə nəzərə çarpır, birinci rübdə inflyasiya 1 faiz artıb. Bu istehlak bazarında əlverişli vəziyyətə dəlalət edir və mövsümlə bağlı əsas qida mallarının qiymətlərində yenidən ucuzlaşmanın baş verəcəyi istisna deyil. Əsas tələbat mallarından olan ətin qiyməti isə mövsümlə bağlı deyil, burada xarici faktorlar da rol oyanyır, çünki ölkəmizdə ət istehsalı üçün tələb oluna un, yem və qatqılar, komponentlər xaricdən idxal olunur ki, həmin malların xarici bazarlarda qiymıəti bahadır.

 

- Qarşıdan turizm mövsümü gəlir. Sərhədlərimizin açılma ehtimalı varmı?

 

- Bu məsələ əsas etibarilə Azərbaycanın yerləşdiyi yaxın region ölkələrindəki geosiaysi vəziyyətlə bağlıdır. Azərbaycanın quru sərhədlərinin bağlı qalması birbaşa milli təhlükəsizlik məsələsidir və bölgədə sabitlik möhkəmləndikcə sərhədlərin açılması reallaşacaq.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI