Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq
Sea Breeze Resort uşaq zonasını fəal şəkildə inkişaf etdirir və bu kurort şəhərində uşaqlar üçün yay tətili daha da maraqlı olacaq.
Versus.Az xəbər verir ki, iyunun 1-də “Sea Breeze”də sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun rəhbərliyi ilə dünyanın ən nüfuzlu sirk festivallarından birinin artistlərinin iştirakı ilə “Monte Karlo əfsanələri” beynəlxalq proqramı başlayır.
Bu yay qonaqları Lunapark və Akvapark arasında yerləşən 1250 nəfərıik tamaşa zalı və 13 metrlik arenası olan sirk çadırı qarşılayacaq.
Sea Breeze-də sirk Uşaqların Beynəlxalq Müdafiəsi Günündə açılacaq və ilk tamaşa xeyriyyə xarakterli olacaq: bu tamaşaya valideyn himayəsindən məhrum olmuş uşaqlar və sağlamlıq imkanları məhdud uşaqlar dəvət olunacaqlar.
Monte Karlonun canlı əfsanələri həm uşaqları, həm də böyükləri mürəkkəb akrobatik fəndlər, virtuoz jonqlyor ustalıqları, əsl sehr və heyranedici ekvilibristika ilə ovsunlayacaqlar. Vindzor Kral At Şousunun tamaşaçılarında öz çıxışları ilə möhtəşəm maraq yaradan Qarabağ atları isə əsl igidlərin rəhbərliyi ilə inanılmaz sürət və zəriflik nümayiş etdirəcək.
Biletləri iticket saytından əldə etmək olar.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...