1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

19:52 14-05-2024 | icon 448 | Siyasət
1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Vüqar Dadaşov: "Azərbaycan üçün regionda vacib fakt odur ki..."

 

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından asılı olmayaraq, Azərbaycanın ən azı 1919-cu il Paris Sülh Konfransında tanınan sərhədləri bərpa edilməyənə qədər Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhdən söhbət gedə bilməz. Tərəflər arasında müxtəlif dövrlərə aid nisbi sakitlik mümkün olsa da, Azərbaycan SSRİ dövründə onun razılığı olmadan Ermənistana verilən ərazilərindən imtina edən deyil".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, hüquqşünas Vüqar Dadaşov bildirib.

 

V.Dadaşovun fikrincə, Azərbaycan üçün regionda vacib fakt odur ki, Qərb xristian dünyasının farslar üçün yazdığı saxta tarix İranı Azərbaycan, türk etnosu üçün təbii düşmənə çevirib:

 

"İsrail-həmas müharibəsinin də Azərbaycan üçün bir başa təsiri var. Əslində isə Azərbaycan bu müharibədə iştirak etməsə də, tərəfdir. İsrailə Həmas müharibəsinin başlanması, davam etməsi İranın siyasi-hərbi maraqlarına xidmət edir. İran başlanmasına səbəbkar olduğu bu müharibə ilə idealoji və dəyişməz düşməni İsrailə qarşı nəinki islam, ərəb ölkələrini və hətta xristian ölkələrini İsrailə qarşı çıxarır. Proseslərin gedişi ABŞ-la belə İsrail arasında vəhdəti pozub. İsrailin Həmasa qarşı yönəlməsi, İranın yaxın Şərqdəki siyasi-hərbi mövcudluğunu gücləndirməyə imkan verir. İsrail-Həmas müharibəsi dünyada yəhudi lobbisinin nüfuzuna, mövqeyinə mənfi təsir edir. Müharibə İsrailin silah ixracını belə azaldıb. Ən vacib məqamlardan biri də budur ki, İsrail-Həmas (Fələstin) müharibəsi Rusiyanın Ukraynaya qarşı müharibəsində Qərbin konsolidasiyasına mənfi təsir edərək, Rusiyanın əlini gücləndirib. Azərbaycan üçün isə vacub olan İsrail lobbisinin təsir imkanlarının, nüfuzunun azalması, silah ixracında müəyyən çətinliklərin ortaya çıxması, həm də İranın Azərbaycanla bağlı düşmənçilik siyasətinə uyğun və sərfəlidir".

 

İsrailə qarşı bir sıra xristian ölkələrinin dönük çıxmasında İsrail-Azərbaycan münasibətləri və Azərbaycanın Ermınistanın və onun havadarları üzərində qələbəsinin də müəyyən rol oynaması fikrinə gəlincə, V.Dadaşov qeyd edib ki, bu səbəbdən İsraili cəzalandırmaq istəyən bir sıra Qərb ölkələri də var:

 

"Erməni revanşist istəyinin və oturuşmuş milli düşüncə tərzinin mövcudluğu Azərbaycan üçün 1919-cu il sərhədlərini bərpası fürsətini yaradan amildir. Məhz buna görə də Paşinyan Azərbaycana o "fürsəti" verməmək üçün erməni düşüncə tərzini dəyişməyə çalışır".

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI