Aygün obrazdan obraza girdi - “Maşallah”

21:59 14-05-2024 | icon 389 | Şou-biznes
Aygün obrazdan obraza girdi - “Maşallah”

Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə olan layihəsini təqdim edib.

 

Versus.Az xəbər verir ki, “Maşallah” adlı mahnı DMC musiqi şirkəti imzası ilə dijital platformalarda yer alıb.

 

Pop kraliça və Genco "Maşallah" adlı mahnı üçün kamera qarşısına keçərək, kreativ bir klip də çəkdirib. Söz və musiqisi Gencoya aid olan mahnının rejissorluğu Pop divanın son layihələrində rejissorluq edən Selim Akara həvalə olunub. 

 

Bu layihənin reallaşmasının əsas səbəbkarı Gencodur. Belə ki, işbirliyi ilə bağlı təklif məhz ondan gəlib. Duet haqda açıqlama verən türkiyəli sənətçi bu mahnını yazarkən Aygün Kazımovadan ilhamlandığını bildirib.

 

 

"Maşallah"ın klipi İstanbulda Beykoz Kundura fabrikində 40 nəfərdən ibarət heyət tərəfindən çəkilib. A.Kazımova ekran işində bir neçə obraz yaradıb. Ən fərqli və kreativ obrazlardan biri isə Pop divanın ultra uzun hörüklərlə lentə alınan səhnəsi olub. Bu obrazın hazırlanmasına saatlar sərf olunub. 

 

Mahnı işıq üzü görmədən TikTok-da viral olub. Belə ki, bəstədən yayılan bir neçə saniyəlik parçaya sözügedən platformada qısa vaxtda minlərlə videolar çəkilib.

 

A.Kazımova layihədə dəstəyə görə dünyaşöhrətli modelyer, dostu Rüfət İsmayıla təşəkkür edib.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI