Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

11:04 15-05-2024 | icon 441 | Sağlamlıq
Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Nərminə Abbasova: “Bu simptomlar varsa, dərhal həkimə müraciət edilməlidir”

 

 

Orqanizmdə müxtəlif səbəb və xəstəliklər nəticəsində qusma hissi ilə birlikdə ürəkbulanma meydana gəlir. Adətən, hər hansı bir problemin əlaməti olan bu hal qusma hissi ilə birləşdikdə insanın gündəlik həyatını çətinləşdirir.

 

Versus.Az-ın “Sağlamlıq” bölümünün budəfəki mövzusu ürəkbulanmalardan olacaq. Mövzu ilə bağlı oxucularımızı maraqlandıran ailə həkimi, MayoMed Klinikasının Baş həkimi Nərminə Abbasova öncə onu qeyd etdi ki, qısa müddətdə ürəkbulanma problemindən qurtulmaq üçün öncə problemin mənbəyi müəyyən edilməli və tədbir görülməlidir.



Ürəkbulanmanın səbəblərinə diqqət çəkən həkim bildirdi ki, mədə nahiyəsində narahatlıqla müşayiət olunan qusma hissi mədə pozğunluğu adlanır:

 

 

“İnsanların demək olar ki, yarısı ildə bir dəfə ürəyin bulanmasından əziyyət çəkir. Bunun səbəbi həmişə mədə ilə əlaqəli olmaya bilər. Ürəkbulanmaya səbəblər arasında qastroezofageal reflüks xəstəliyi də var. Bu xəstəlik mədənin daxilindəki qidanın geri qayıtmasına, mədədə yanma hissi və ürəyin bulanmasına səbəb ola bilər. Bakteriya və viruslar mədəyə təsir edərək ürəkbulanmasına səbəb ola bilər. Qida bakteriyaları qida zəhərlənməsinə və ürəyin bulanmasına səbəb ola bilər.

Eyni zamanda, xərçəng xəstələrində istifadə edilən kemoterapi dərmanları başda olmaqla bir çox dərmanlar ürəkbulanmaya səbəb olur. Qıcolma olan insanlarda beyinə ötürülən impluslar hiss orqanlarını qıcıqlandırır ki, bu da ürəkbulanma, başgicəllənmə və ya qusmaya səbəb ola bilər. Güclü ağrı da əlamətlərdən biridir. Xüsusilə pankreatit, öd kisəsi və böyrək daşları kimi ağrılı vəziyyətlər ürəyin bulanmasına səbəb olur. Qeyd edim ki, ədviyyatlı və ya çox yağlı qidalar kimi müəyyən qidaları həddindən artıq yemək də mədənin pozulmasına və sözügedən halın baş verməsinə səbəb ola bilər. Hətta allergiyaya səbəb olan qidaları yemək də ürək bulanmasına səbəb ola bilər”.

 

Nərminə xanım bildirdi ki, mədə və ya nazik bağırsaqda yaranan xoralar və ya yaralar da səbəblər arasında yer alır:

 

Yemək zamanı xoranın yanma hissi qəfil bulanmaya səbəb ola bilər. Eyni zamanda vertigo, yəni qulaq kristallarının hərəkəti və qulaq infeksiyaları da ürəkbulanma, qusma və ya başgicəllənməyə səbəb ola bilər. Bunlarla yanaşı bağırsaq obstruksiyası - yəni ileus, infarkt, meningit, miqren, qaraciyər çatışmazlığı və ya qaraciyər xərçəngi olan xəstələrdə də ilk əlamətlərdən biri ürəkbulanma ola bilər”.

 

Ürəkbulanmanın hansı hallarda riskli olduğuna gəlincə, həkim bildirdi ki, əgər ürəkbulanma ilə birlikdə sinə ağrısı, şiddətli baş ağrısı, çənə ağrısı, tərləmə, eyni zamanda qolda ağrı kimi infarkt simptomları varsa, ciddiyə alınmalıdır və tədbir görülməlidir:

 

“Ürəkbulanma halları sadaladığım simptomlarla müşayiət olunarsa, dərhal həkimə müraciət edilməlidir. Boyun sərtliyi, tənəffüs çətinliyi və ya şüurun dəyişməsi ilə ortaya çıxan ürəkbulanma beyin qanamasının səbəbi ola bilər. Bununla belə, zəhərli bir maddənin udulduğundan şübhələnirsinizsə, təcili tibbi yardıma müraciət edilməlidir. Əgər ürəyin bulanması səbəbiylə 12 saatdan çox yemək yeməmisinizsə və ya nəsə içməmisinizsə, mütləq həkimdən məsləhət almalısınız.
Bundan əlavə, qarın nahiyəsində şiddətli ağrılar və ya sancılar, bulanıq görmə, yüksək hərarət və boyun tutulması, başgicəllənmə, həddindən artıq susuzluq, halsızlıq, seyrək və ya tünd sidiyə çıxma halları varsa, diqqətli olmalı və vaxt itirmədən xəstəxanaya müraciət etməlisiniz”.



Ailə həkimi ürəkbulanmanı azaldan üsullardan da bəhs edib. Bildirib ki, əsas səbəbi aradan qaldırmaq üçün dərmanlardan istifadə faydalı ola bilər. Mədə qoruyucuları reflü üçün və ya baş ağrıları üçün ağrıkəsicilər qəbul edilə bilər:

 



“Bədənin susuz qalmaması üçün lazım olan maye dəstəyinin alınması ürəkbulanmanın yarada biləcək fəsadlarını azaldır. Tərkibində elektrolit olan su və ya mayelərdən tez-tez qurtumlar qəbul etmək yaxşıdır. Yeməkləri yenidən yeməyə başladıqdan sonra mədəniz sakitləşənə qədər pəhrizə riayət etmək faydalı olacaq. Yeməkdən sonra sıx fiziki fəaliyyətdən qaçınmaq da ürəyin bulanma halını minimuma endirə bilər. Ədviyyatlı və ya çox yağlı qidalardan uzaq durmaq da faydalı olacaqdır. Boş mədə və ya kəskin qoxulu qidalar ürəyinizi bulandıra və ya daha da pisləşdirə bilər. Bu hala səbəb olan qidalar - abur-cubur və tost kimi sadə qidalar yaxşı təsir göstərə bilər. Qida qoxuları da səbəblər arasında yer alır. Buna görə də dondurma, jele, soyudulmuş meyvələr kimi daha az qoxu verən soyuq qidaları qəbul etmək faydalı olacaqdır. Zülalla zəngin yeməklər ürəkbulanmanı azaltmaqda yüksək karbohidratlı və ya çox yağlı yeməklərdən üstündür. Protein qastrin ifrazını artıraraq mədənin fəaliyyətini normallaşdırmağa kömək edə bilər. Kofeinsiz çay və ya təzə meyvə dilimləri ilə su içməyə çalışın. Yemək bişirərkən gələn qoxu ürəyin bulanmasını artıra bilər. Mümkünsə, mətbəxdə uzun müddət qalmayın. Ürəkbulanma və qusma ağızda xoşagəlməz bir dad buraxa bilər ki, bu da yemək yeməyə mane ola bilər. Bunun üçün dişlərinizi mütəmadi olaraq fırçalayın. Çox şirin, ədviyyatlı, kəskin qoxulu qidalardan, spirtdən və kofeindən uzaq durun. Miqren tutmalarına səbəb ola biləcək yanıb-sönən işıqlar, istilik və rütubətli mühitlərdə və ya dəniz səyahətləri, ətir və yemək qoxuları kimi kəskin qoxuların olduğu mühitlərdə olmayın. Qızardılmış qidalar, pendir və süd kimi süd məhsulları, ət və lifli qidalardan istifadə etməyin”.



Həkim bildirdi ki, düz uzanan zaman reflü artır, bu da ürəyin bulanmasını və ümumi narahatlığı artıra bilər. Həkimin sözlərinə görə mədəni sıxmaq və həddindən artıq hərəkət də ürəyin bulanmasını artırır. Bu səbəbdən daha az hərəkət etmək, dik durmaq və qarnı sıxacaq vəziyyətlərdən qaçmaq faydalı ola bilər:

 

“Yeməkdən sonra ən azı 30 dəqiqə uzanmaqdan çəkinin, çünki bu, mədəyə təzyiq göstərərək vəziyyəti daha da pisləşdirə bilər. Qapalı mühitlərdə pəncərəni açın, təmiz hava bir çox insanda sözügedən halın əlamətlərini aradan qaldırır. Boyun arxasına qoyulan sakitləşdirici, sərin kompres problemi aradan qaldırmağa kömək edə bilər. Sərin kompres bədən istiliyinin artmasının qarşısını alır”.

 

 

 

QEYD:


Ailə həkimi Nərminə Abbasova ürəkbulanmalardan şikayəti olan hər kəsi rəhbəri olduğu MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.
Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 



PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN