Bir neçə ada-dövlətin rəsmiləri Bakı Kommünikesini qəbul ediblər

10:37 16-05-2024 | icon 210 | Siyasət
Bir neçə ada-dövlətin rəsmiləri Bakı Kommünikesini qəbul ediblər

Qlobal tədbirlərin görülməsi və həmrəyliyin gücləndirilməsinə çağırış

 

Mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqa, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolau və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audley qlobal iqlim məsələlərini, o cümlədən hər üç ölkənin COP29-la bağlı prioritetlərini müzakirə etmək məqsədilə Azərbaycanda səfərdə olublar. Prezident İlham Əliyev tərəfindən qəbul edilən nümayəndə heyəti Azərbaycanı COP29 Sədrliyi münasibətilə təbrik edərək, bu şərəfli və məsuliyyətli vəzifədə ölkəmizin səylərini dəstəklədiklərini bildiriblər.

 

AZƏRTAC xəbər verir ki, coğrafi yerləşməsinə görə iqlim dəyişikliyinin təsirinə ən çox məruz qalan ölkələr sırasında olan üç dövlətin rəsmiləri görüşdən sonra Bakı Kommünikesini qəbul ediblər.

 

Kommünikedə COP29 Sədrliyi çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür bildirilir, COP29-un inklüziv, şəffaf və neytral platforma olacağına əminlik ifadə edilir.

 

İqlim dəyişikliyinin qaçılmaz təsirlərinin insanların yaşayışı, təhlükəsizliyi və rifahı üçün Dayanıqlı İnkişaf Məqsədlərinin, BMT-nin İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasının və Paris sazişinin məqsədlərinin həyata keçirilməsinə birbaşa təhdid olduğu bildirilir.

 

İqlim davamlılığının artırılması məqsədilə sülhün, yardımın və bərpanın gücləndirilməsinin vacibliyi vurğulanaraq, bu məsələlərə Azərbaycanın inklüziv yanaşması alqışlanır.

 

Kommünikedə, həmçinin, qlobal istiləşmə fonunda ekzistensial təhlükəsi getdikcə artan kiçik ada dövlətləri ilə COP29 çərçivəsində aparılan əməkdaşlıq və dialoq təqdir olunaraq, iqlim dəyişikliyinə qarşı dayanıqlılığın artırılması, təcili qlobal tədbirlərin görülməsi və həmrəyliyin gücləndirilməsinə çağırış edilir.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI