“Bu, kilsənin özünün seçimi deyil”

12:14 16-05-2024 | icon 208 | Siyasət
“Bu, kilsənin özünün seçimi deyil”

Tofiq Abbasov: “Ermənistanın sağlam qüvvələri bu proseslərdən nəticə çıxarmalıdır”

 

“Ermənistanda kilsə heç vaxt siyasətdən uzaq olmayıb. Ermənistan dövlət olana qədər idarəçilik funksiyalarını məhz erməni kilsəsi daşıyıb”.

 

Versus.Az xəbər verir ki, bunu Ermənistan kilsəsində baş verənlərlə bağlı açıqlamasında siyasi şərhçi Tofiq Abbasov bildirib.

 

T.Abbasov qeyd edib ki, erməni kilsəsinin iki yerə parçalanması - Kilikiyə kilsəsi və sovet ittifaqının yaratdığı kilsə - faktdır. Onun sözlərinə görə, bunların arasında oxşarlıqlar olsa da, bəzi hallarda mövqeləri üst-üstə düşmür:

 

“İndiki şəraitdə kilsə siyasi hakimiyyətə iddialarını nümayiş etdirir. Ona görə də Nikol Paşinyana sabataj tədbirləri həyata keçirir və özünün daha vətənpərvər olmağını nümayiş etdirməyə çalışır. Amma bu, kilsənin özünün seçimi deyil. Erməni kilsəsi hələ sovet illərində siyasi proseslərin içində və cəsus şəbəkəsinin yaranmasında erməni kilsəsindən yararlanırdılar. Eləcə də bundan sovet KQB-si, digr xarici ölkələrin məxfi orqanları da bəhrələnirdi. İndi artıq sovet sistemi yoxdur, soyuq müharibə bitib və erməni kilsəsi öz səlahiyyətlərini bərpa etmək istəyir. Əsas qayələri ondan ibarətdir ki, öz güclərini göstərib proseslərə müdaxilə etsinlər”.

 

T.Abbasov hesab edir ki, erməni kilsəsi ilə Qarabağ klanının mövqeləri üst-üstə düşür və Paşinyan siyasətini özləri üçün təhdid gördükləri üçün onu hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Ekspertin fikrincə, bu, Ermənistanı müsbət dəyişikliyə aparmayacaq:

 

“Ermənistanın nicat yolu Türkiyə və Azərbaycanla barışıqdan keçir. Kilsə ilə Qarabağ klanı məhz bu nöqtədə kəsişirlər. Ermənistanın özü də axsaq vəziyyətdədir. Ermənistan daxilində ciddi xaos hərc-mərclik var. Nikol Paşinyan hakimiyyətindən tələb olunan odur ki, qətiyyət göstərib öz mövqelərini müdafiə etsin. Ermənistan Azərbaycana təhdid göstərmək istəsə ağır bir vəziyyətdə qalacq. Prezident də Şuşada çıxışında açıq bəyan etdi ki, o qüvvələr ki, Azərbaycana qarşı təhdidlər yağdırır, Ermənistanda revanşistlərin baş qaldırmasını istəyir, Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. Ona görə də Ermənistanın sağlam qüvvələri bu proseslərdən nəticə çıxarmalıdır”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI