Qubadlıya ilk köçün VAXTI

16:46 16-05-2024 | icon 181 | Qarabağ
Qubadlıya ilk köçün VAXTI

Bu ilin sonunadək Qubadlı rayonunun iki kəndinə ilk köç nəzərdə tutulub.

 

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib.

 

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır:

 

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Qubadlı rayonunun Zilanlı kəndinə 134, Mahruzlu kəndinə isə 93 ailənin köçürülməsi planlaşdırılır”.

 

İ.Mirzəyev, həmçinin qeyd edib ki, bu il işğaldan azad olunan Ağdam rayonunun üç kəndinə də ilk köçün olması nəzərdə tutulur:

 

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Ağdam rayonunun Kəngərli, Xıdırlı və Sarıcalı kəndləri yenidən salınır. Bu ilin sonuna qədər Kəngərli kəndinə 292, Xıdırlı kəndinə 719, Sarıcalı kəndinə isə 203 ailənin köçürülməsi nəzərdə tutulur. Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən respublikanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlər arasında sorğular həyata keçirilir. Doğma yurda qayıdacaq ailələrin sayı və tərkibi dəqiqləşdirilir, sosial vəziyyəti və məşğulluq imkanları qiymətləndirilir, eləcə də məlumatlandırma, təbliğat-təşviqat işləri aparılır və köçürülmənin texniki-təşkilati məsələləri həll olunur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq