Direktor müavininin meyit basdırdığı ərazidən GÖRÜNTÜLƏR

22:03 16-05-2024 | icon 183 | Hadisə
Direktor müavininin meyit basdırdığı ərazidən GÖRÜNTÜLƏR

Ötən gün Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə mühafizəçi kimi çalışan Natiq Mehdinin qətlə yetirilməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

 

“Xəzər Xəbər”in əməkdaşları hadisədə şübhəli bilinən Elsəvər İslamovun yaşadığı Mərdəkan qəsəbəsində olublar.

 

Qonşular bildiriblər ki, hadisədən sonra ailəsi evdən gedib. Onlar E.İslamovun belə bir cinayət törətməsinə təəccübləniblər.

 

Bildiriblər ki, E.İslamov qapalı insan olub. Onun qonşularla sıx əlaqəsi olmayıb. O, Mərdəkandakı evinə ara-sıra gəlib-gedib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda 55 saylı orta məktəbin gözətçisi 60 yaşlı Natiq Mehdi öldürülüb. Onu öldürməkdə şübhəli bilinən həmin məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini 58 yaşlı Elsəvər İslamov isə saxlanılıb.

 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Elsəvər İslamov iş yoldaşı Natiq Mehdini öldürdükdən sonra izi itirmək məqsədilə meyiti yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsinə gətirib və bu ərazidə basdırıb. O, istintaqa ifadəsində basdırdığı yeri göstərib və meyit buradan çıxarılaraq ekspertizaya aparılıb.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin “xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə iş başlanılıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində  saxlanılaraq istintaqa təhvil verilib.

 

Ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq