Xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

10:51 18-05-2024 | icon 262 | Təhsil
Xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.

 

Versus.Az xəbər verir ki, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:

 

“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir. Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.

 

Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.

 

 

“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, - xəbərdarlıqda qeyd olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər


“Yenidən müharibəyə başlamaq planları qururlar”

Misir-Azərbaycan əlaqələrinin inkişafından qarşılıqlı GÖZLƏNTİLƏR

El arasında “qulaqdibi” adlanan SVİNKA

Spikerlərin BAKI TOPLANTISI

Türk dünyasının gücləndirilməsinə istiqamətlənən ADDIMLAR

“Pis oğlanlar” CineMastercard kinoteatrının yay mövsümünün açılışında

Bu da Səidənin "Dünya"sı

Ayaz Babayev və Oğuzhan Koç eyni səhnədə

Elçin şagirdlərin izdihamı ilə qarşılaşdı

Sertifikasiyadan kəsilən müəllimlərə SON ŞANS

Lənkəranda Uşaq Musiqi Məktəbinin HESABAT KONSERTİ

İsrail üçün yeni TƏHLÜKƏ

Macarıstandan Azərbaycana JEST

Üç həftədən çox davam edən öskürəyə DİQQƏT

Ermənistanda dəhşətli PARTLAYIŞ