Sabiq bələdiyyə sədri hakim qarşısında

10:47 20-05-2024 | icon 200 | Hadisə
Sabiq bələdiyyə sədri hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətalma ittihamı ilə həbs edilən sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır.

 

"Unikal"ın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə təqsirli bilinən Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Əzizağa oğlu Quliyevin məhkəmə prosesinin hazırlıq iclası mayın 31-də hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək.

 

Xatırladaq ki, bu ilin fevral ayında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Fikrət Əzizağa oğlu Quliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri ilə Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

 

İş üzrə toplanmış ilkin sübutlar əsasında Fikrət Quliyev Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvətalma - təkrar və külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər


“Yenidən müharibəyə başlamaq planları qururlar”

Misir-Azərbaycan əlaqələrinin inkişafından qarşılıqlı GÖZLƏNTİLƏR

El arasında “qulaqdibi” adlanan SVİNKA

Yaddaş gücləndirici dərmanların FƏSADLARI

Spikerlərin BAKI TOPLANTISI

Türk dünyasının gücləndirilməsinə istiqamətlənən ADDIMLAR

“Pis oğlanlar” CineMastercard kinoteatrının yay mövsümünün açılışında

Bu da Səidənin "Dünya"sı

Ayaz Babayev və Oğuzhan Koç eyni səhnədə

Elçin şagirdlərin izdihamı ilə qarşılaşdı

Sertifikasiyadan kəsilən müəllimlərə SON ŞANS

Lənkəranda Uşaq Musiqi Məktəbinin HESABAT KONSERTİ

İsrail üçün yeni TƏHLÜKƏ

Macarıstandan Azərbaycana JEST

Üç həftədən çox davam edən öskürəyə DİQQƏT