Notariusların fəaliyyəti ilə bağlı YENİ TƏLƏBLƏR

19:22 20-05-2024 | icon 166 | Sosial
Notariusların fəaliyyəti ilə bağlı YENİ TƏLƏBLƏR

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ında dəyişiklik edilib.

 

Versus.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

 

Qərara əsasən, notariuslar öz vəzifələrini yerinə yetirərkən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda və qaydada monitorinq olunmalı əməliyyatlara dair, həmçinin hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə əlaqədar məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı tələblərə riayət etməli, bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi və normativ xarakterli aktlarında nəzərdə tutulmuş digər tədbirləri həyata keçirməlidirlər.

 

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün deyilsə, hər hansı əməliyyat həyata keçirilməməli, işgüzar münasibətlər yaradılmamalı, habelə işgüzar münasibətlərə xitam verilməli və bu barədə maliyyə monitorinqi orqanına məlumat verilməlidir.

 

Həmçinin, notariuslar “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan aktivləri beynəlxalq və ölkədaxili siyahılar hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirə salınmadan və həmin maddədə göstərilən şəxslərə xəbərdarlıq etmədən dondurmalı və dərhal bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, habelə maliyyə monitorinqi orqanına həmin internet informasiya ehtiyatı vasitəsiləməlumat verməlidirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI