Bu körpü 12 ilə inşa ediləcək

14:52 21-05-2024 | icon 150 | Cəmiyyət
Bu körpü 12 ilə inşa ediləcək

Azərbaycan və Rusiya sərhədindəki Samur çayı üzərindən keçən avtomobil körpüsünün istismarını tərəflər öz qanunvericiliyinə uyğun olaraq 12 il müddətində növbəli şəkildə həyata keçiriləcəklər.

 

Versus.az xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu gün keçirilən Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) -“Yaraq–Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in müzakirəsi zamanı deyib.

 

Onun sözlərinə görə, istismar dedikdə nəqliyyat vasitələrinin sayı, sərnişin və piyadaların fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə avtomobil körpüsünün təmiri və saxlanması üzrə tədbirlər kompleksi nəzərdə tutulur:

“Avtomobil körpüsünün istismarı ilə bağlı bütün xərcləri tərəflər bərabər paylarla ödəyəcəklər. Eyni zamanda, avtomobil körpüsünün istismarı Samur çayının su axınını dəyişdirməməli, onun məcrasında sabit zolaqda, Azərbaycan-Rusiya dövlət sərhədi xəttində dəyişiklik etmədən, həmçinin ekoloji və digər təhlükəsizliyə ziyan vurmamalıdır”.

 

Qeyd edək ki, bu saziş 2024-cü ilin martın 5-də Bakı şəhərində imzalanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI