Nağıla çevrilən aktrisa...

15:15 21-05-2024 | icon 260 | Mədəniyyət
Nağıla çevrilən aktrisa...

Biri vardı, biri yox. Bu dünyada Vəfa adında bir qız vardı, soyadı Fətullayeva idi. Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olmuşdu. Atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası isə SSRİ Xalq artisti, aktrisa Hökumə Qurbanovaydı.

 
 
Orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alandan sonra Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olmuşdu. 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirmişdi...
 
 
O, ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırmışdı...
 
 
Vəfa xanım 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib. İşlədiyi dövrlərdə həm teatrda və həm də bədii filmlərdə bir-birindən bənzərsiz insan obrazlar yaradıb. Yaradıcılığının çiçəklənən dövründə, 41 yaşında olarkən xərçəng xəstəliyinə düçar olan əməkdar artist 1987-ci il may ayının 21-də vəfat edib. Məzarı Yasamal qəbiristanlığındadır...
 
 
Desəm unudulub, səhvə yol verərəm. Adını özünə təxəllüs götürən Etibar Vəfa adlı bir gənc yorulmadan onun haqqında yazılar hazırlayıb sosial platformalarda paylaşır. Sağ olsun!...
 
 
Göydən üç alma düşdü. Biri mənim, biri sənin, biri də heç kimin...
 
 
Ruhu şad olsun!
 
 
 
Elman Eldaroğlu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI