"Deputatların növbəti görüşü də müsbət dəyərləndirilməlidir"

17:04 10-07-2024 | icon 651 | Siyasət
"Deputatların növbəti görüşü də müsbət dəyərləndirilməlidir"

Arzu Nağıyev: “Parlament səviyyəsində keçirlən görüşlər sülh prosesinə təsir edən amillərdən biri olacaq”

 

Məlum olduğu kimi Azərbaycan və Ermənistan parlament sədrləri arasında artıq Cenevrədə iki-üç dəfə görüs olub. Payızda növbəti bir görüşün olacağı gözlənilir.

 

Parlament sədrlərinin bu görüşü və müzakirə olunan məsələlər sülh prosesinə nə vəd edir?

 

Versus.Az xəbər veir ki, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycan-Ermənistan arasında aparılan danşıqların xarici işlər nazirliyi səviyyəsində, eləcə də delimitasiya, demorkasiya prosesi müstəvisində irəlilədiyini bildirib

 

O, bildirib ki, danışıqların həm də Parlament diplomatiyası müstəvisində aparılması prosesə müəyyən impuls qata bilər.

 

A.Nağıyev spiker Sahibə Qafarovanın Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü zamanı Azərbaycanın haqqını faktlarla ortaya qoyması faktına diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya, eləcə də Ermənistan ictimaiyətinə növbəti dəfə parlament səviyyəsində çatdırılması, erməni ictimaiyyətinin sülh prosesinə adekvat yanaşması üçün mühüm amillərdən biridir və sülhə xidmət edir:

 

“Hətta parlament qrupları səviyyəsində Azərbaycan, Gürcüstan, Ermənistan parlamentlərinin görüşləri də məhz bu məqsədi daşıyır. Dövlət səviyyəsində aparılan danışıqlarla bərabər qanunvericilik orqanlarının görüşləri də müsbət nəticə verə bilər. Çünki hər bir parlament eyni zamanda müəyən bir elektoratı təmsil edir. Sülh müqaviləsi bağlanandan sona qanunların ratifikasiyasının və digər məsələlərlə bağlı müzakirələr labüddür. Ona görə də deputatların növbəti görüşü də müsbət dəyərləndirilməlidir. Ümidvarıq ki, parlament səviyyəsində keçirilən görüşlər sülh prosesinə təsir edən amillərdən biri olacaqdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI