Daha 3 şəhidimiz DƏFN EDİLDİ

14:40 23-05-2024 | icon 252 | Şəhidlər və şahidlər
Daha 3 şəhidimiz DƏFN EDİLDİ

Birinci Qarabağ müharibəsi şəhidləri Mirzəyev Rahib Ağaseyid oğlu, Şaxayev Cəlil İsa oğlu və Əmrullayev Rza Qəzənfər oğlunun cəsədlərinin qalıqları Şabrandakı Şəhidlər xiyabanında dəfn olunub.

 

Versus.az xəbər verir ki, 1994-cü ildə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçülər ölümlərindəndən 30 il sonra doğma yurdlarında torpağa tapşırılıb.

 

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Şabran Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.

 

Şəhid Mirzəyev Rahib Ağaseyid oğlu 2 sentyabr 1971-ci ildə Şabran şəhərində anadan olub. 1989-1991-ci illərdə sovet ordusunda hərbi xidmət keçib. Birinci Qarabağ müharibəsinə könüllü yollanıb. 1992-ci il sentyabr ayının 4-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Sonuncu dəfə Murovdağ uğrunda gedən döyüşlərdə iştirak edib. 11 fevral 1994-cü ildən itkin düşdüyü barədə məlumat verilib. Ailəsi 30 il ərzində Rahibdən xəbər ala bilməyib.

 

Şəhid Şaxayev Cəlil İsa oğlu 30 dekabr 1973-cü ildə Şabran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra peşə məktəbində təhsil alıb. 1994-cü ildə hərbi xidmətə yollanıb və Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. 11 fevral 1994-cü ildə Murovdağın ətəyində gedən döyüşlərdən sonra itkin düşüb.

 

Şəhid Əmrullayev Rza Qəzənfər oğlu 4 mart 1961-ci ildə Şabran rayonunun Ləcədi kəndində dünyaya göz açıb. Hərbi xidmətini 1980-1982-ci illərdə Əfqanıstanda keçib. 1994-cü ildə könüllü Qarabağ müharibəsinə yollanıb. Elə həmin il Kəlbəcər uğrunda gedən döyüşlərdə itkin düşüb.

 

Aparılan araşdırmalardan sonra hər üç döyüşçünün Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI