Türk Dövlətləri Təşkilatı mühüm işlərə İMZA ATIR

21:31 23-05-2024 | icon 268 | Gündəm
Türk Dövlətləri Təşkilatı mühüm işlərə İMZA ATIR

“Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuralarının sədrləri ilə görüşdük. Bu, bizim ikinci toplantımızdır. Bundan sonrakı görüşlərimiz daha ardıcıl keçiriləcək. Təşkilata üzv dövlətlər olaraq biz qardaşıq və bu gün ölkələrimizin təcrübələrini bölüşdük. Tədbirdə dövlətlərimizi təmsil edən bütün orqanların sədrlərinə təşəkkür edirəm. Onları İstanbulda qonaq etməkdən məmnunuq”.

 

Versus.az xəbər verir ki, bu fikirləri İstanbulda Azərbaycan mediasına açıqlama verən Türkiyənin ədliyyə naziri, ölkənin Hakimlər və Prokurorlar Şurasının İdarə Heyətinin sədri Yılmaz Tunç söyləyib.

 

TDT-yə üzv ölkələrin ədliyyə qurumlarının strukturu, fəaliyyəti ilə bağlı oxşar və fərqli cəhətlərin olduğunu qeyd edən nazir tədbirin təcrübə mübadiləsi baxımından da əhəmiyyətini vurğulayıb.

 

“Ölkələrimizin mühakimə orqanları, o cümlədən notarial, vəkillik, prokurorluq xidmətləri, eləcə də vəkillər kollegiyaları arasında ortaq fəaliyyətləri var və bu, olduqca vacibdir. Türk Dövlətləri Təşkilatı mühüm işlərə imza atır. Ölkələrimizin Məhkəmə-Hüquq şuraları olaraq biz də bu fəaliyyətlərə töhfəmizi vermək istəyirik. Təşkilatımıza dəstək vermək üçün bu gün buradayıq və çox vacib fikirlər ifadə edildi”, - deyə Yılmaz Tunç bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

İsrail bəyan etdi...

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN