Qərar iyunun 1-i veriləcək

08:27 24-05-2024 | icon 305 | Sosial
Qərar iyunun 1-i veriləcək

Azərbaycanda yeni taksi qaydalarının tətbiq olunacağı və iyunun 1-dən gedişhaqqının 4 manat 50 qəpik olacağı iddia edilir.

 

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent, nəqliyyat eksperti Fərhad Eyyubov deyib ki, avtobus və metroda qiymətləri Tarif Şurası müəyyən etsə də, taksi xidmətlərində belə deyil.

 

Onun sözlərinə görə, taksi xidmətlərində qiymət standartları olur:

 

“4 manat 50 qəpik iddiası düzgün deyil. Bu qiymət nəzərdə tutulsa da, bütün taksilərə şamil oluna bilməz. Çünki elə taksilər var ki, xidmət keyfiyyəti çox yüksəkdir, standartları yuxarı səviyyədədir deyə, məbləğ baha hesablanır. Amma avtomobillərdə həftənin müəyyən günlərində, günün müxtəlif saatlarında həmin qiymət dəyişə bilər. Lakin 4 manat 50 qəpik haradan çıxıb, mənə maraqlıdır”.

 

F.Eyyubov deyib ki, Azərbaycanda taksilərdə standart qiymət təyin edən sistem yoxdur:

 

“Avtobusda gedişhaqqı kartla ödənilir və başqa söhbət olmur. Taksilərdə isə bunu etmək mümkün deyil. Çünki Bakıda taksilərin sayı müəyyən edilməyib. Bu sayı da tələbata görə müəyyən etmək olur. Ümumiyyətlə, Bakı şəhərində taksi daşımalarına tələbat bilinməli, buna uyğun taksi sayı nəzərdə tutulmalıdır. Bu məsələ fərmanla, sənədlə, möhürlə həll olunmur, insanların tələbatına, xüsusiyyətinə, büdcəsinə uyğun müəyyən edilir. Məsələyə elmi cəhətdən yanaşılmasa, qiymətlər necə gəldi tətbiq ediləcək. Əgər doğrudan da minimum qiymət 4 manat 50 qəpik müəyyən edilərsə, bunun axırı yaxşı olmayacaq, ümumi sosial problemlər yaranmış olacaq. Bunun üçün də qiymətləri xidmətlə uyğunlaşdırmaq lazımdır”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI