Veteran pulu ilə bağlı TƏKLİF

16:27 24-05-2024 | icon 297 | Cəmiyyət
Veteran pulu ilə bağlı TƏKLİF

Cəmi 80 manat olan veteran pulu nəqliyyat və digər xərcləri ödəmir.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Məmmədov deyib.

 

Deputat bildirib ki, veteran pulu ən son 2019-cu ildə artırılıb:

 

“Veteranlar sual edir ki, niyə veteran pulunda artım olmur. Yaralanmış veteranlar və digərlərinin veteran pulunda niyə fərqlərin olmaması məsələsi də qaldırılır”.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, postmüharibə dövründə həmin şəxslərə göstərilən sosial dəstək tədbirlərindən 105 mini sosial ödənişlərə aiddir:

 

“Sosial ödənişləri mütəmadi nəzərdən keçirməklə yanaşı, onların sosial inteqrasiyası da diqqət mərkəzindədir. Onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsini, yaralanan veteranların reabilitasiyasını təşkil edirik. Məsələyə kompleks yanaşırıq. Konkret bu cür fərqlərin tətbiq edilməsi ilə bağlı isə müzakirələr apara bilərik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI