Ermənistan ordusunun fəaliyyəti nəzarətə GÖTÜRÜLDÜ

20:33 24-05-2024 | icon 357 | Gündəm
Ermənistan ordusunun fəaliyyəti nəzarətə GÖTÜRÜLDÜ

Qazaxın 4 kəndi – Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı bu gün Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülüb. Beləliklə, 44 günlük müharibə, ardınca Qarabağda suverenliyimizin bərpasından sonra Azərbaycan heç bir güzəşt etmədən işğal altında qalan torpaqların azad edilməsi istiqamətində növbəti qələbəni təmin etdi.

 

4 kəndin azad edilməsinin siyasi, hərbi üstünlükləri nələrdir? Bundan sonra daha hansı nailiyyətlər ola bilər?

 

Hərbi ekspert Ədalət Verdiyev deyib ki, Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması Prezident İlham Əliyevin növbəti zəfəri kimi dəyərləndirilməlidir:

 

“Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin bu gün Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülməsi ərazidə təhlükəsizliyin təmin edilməsi baxımından vacibdir.

 

Ədalət Verdiyev
 
 
Həmin ərazidə artıq sərhəd xidməti təşkil ediləcək və infrastrukturun qurulması nəzərdə tutulub. Azərbaycanın mövcud sərhəd xətti də yeni mövqelərə daşınacaq. Həmin ərazilərdə yeni sərhəd xətləri, müşahidə qüllələri, sərhəd zastavarı yerləşdiriləcək. Bu ərazilərdəki hakim yüksəkliklər sərhəd xidmətinin nəzarətində olacaq. Bu o baxımdan vacibdir ki, gələcəkdə Ermənistan ordusunun fəaliyyətini müşahidə etmək mümkün olsun. İstənilən halda Ermənistanın bu kəndləri geri qaytarması onu deməyə əsas verir ki, İrəvan Prezident İlham Əliyevin 10 yanvar tarixində səsləndirdiyi 4 kəndin qaytarılması ilə bağlı bəyanatını ciddi qəbul edir. Bu addım iki ölkə arasında qarşılıqlı etimadın yüksəlməsinə də xidmət edəcək”.
 
 
Siyasi şərhçi Asif Nərimanlı isə deyib ki, 4 kəndin azad edilməsinin siyasi-hərbi üstünlükləri də var:
 
 

Asif Nərimanlı
 
 
“Azərbaycan və Ermənistan sərhədinin ilk demarkasiyası həyata keçirildi. Bu, Bakı və İrəvanın problemlərini ikitərəfli formatda həll etməsi presedentini yaradır. Bundan başqa Azərbaycanın Qazax-Tavuş istiqamətində hərbi-strateji mövqeləri gücləndi. Ermənistanın “güclü” adlandırdıqları şimal müdafiə xətti faktiki olaraq ləğv olundu. Nəhayət, Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçdi. Yəni artıq alternativ yol inşa etmək məcburiyyətindədirlər. Bundan sonra SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizin ən azı sərhəd boyunca yerləşən hissəsinin azad ediləcəyi gözlənilir”.
 

Politoloq Vaqif Hüseyn isə hesab edir ki, Ermənistan və Azərbaycanınn vasitəsiz danışıqlar aparıb, ortaq məxrəcə gələ bilməsi prosesin gələcəyi baxımından müsbət düşünməyə əsas verir:

 

 
Vaqif Hüseyn
 
 

“Əslində bu müsbət bir hadisədir. Dialoqun bu şəkildə qurulması diplomatik uğur hesab edilə bilər. Yəni biz Ermənistan üzərində təkcə döyüş meydanında deyil, həm də diplomatik masada qələbə qazana bilirik. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Ermənistan bu kəndləri sülh naminə, ya da öz istəyi ilə deyil, rəsmi Bakının və Prezident İlham Əliyevin tələbi əsasında reallaşdırıb. Yəni vəziyyət fərqli olsa, ya da bu reallıqlar yaranmasa idi, İrəvan torpaqları bir güllə belə atılmadan qaytarmağa razı olmazdı. Hesab edirəm, bu üstünlüyü qorumalı və prosesi yekunlaşdırmalıyıq. Fikrimcə, gələcəkdə digər problemlər də belə sülh və diplomatik yolla həll edilə biləcək”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN