Yeddi gün “Məlikov”da…

16:03 25-05-2024 | icon 289 | Cəmiyyət
Yeddi gün “Məlikov”da…

Bu günlərdə Ə.D. Məlikov adına Tibb Mərkəzində icbari tibbi sığorta vasitəsilə yeddi günlük stasionar müalicədə oldum.

 
 
Adı “pulsuz müalicə” olsa da, əslində buna müalicə demək düzgün olmaz.
 
 
Burada yatdığım 7 gündə yalnız sığorta zərfinə daxil olan müayinələrin bir qismindən keçə bildim. Yəni ötən yeddi gün tam müayinəyə kifayət etmədi…
 
 
Xəstəxanada olduğum birinci gün sənədləşməyə və yerləşməyə(palata, yataq və s.) sərf olundu…
İkinci gün gəlib təzyiqimi ölçdülər və qan analizi götürdülər. Günortaya yaxın iki-üç həb verib “sistem” deyilən mayeni bədənimə köçürdülər...
 
 
“Müalicənin” üçüncü günü bir az dinamik oldu. USM-də qarın boşluğunun müayinəsi, rentgen və “sistem”…
Dördüncü gün yenidən “sistem” və uroloqun, eləcə də endokrenoloqla oftalmotoloq həkimlərin müayinəsi…
Xəstəxanadakı beşinci günüm isə yenidən USM müayinəsi və MRT yoxlaması ilə keçdi. “Sistem” köçürülməsi də öz növbəsində…
 
 
Altıncı gün nevropatoloqun müayinəsi ilə yekunlaşdı və “sistem” köçürüldü…
 
 
Beləliklə yeddinci gün stasionar müalicənin yekunu kimi epikrizi alıb xəstəxanadan azad olundum…
 
 
Doğrudur, heç kimdən əlavə ödəniş və ya rüşvət tələb olunmur. Xəstələrə gündə üç dəfə- səhər, günorta, axşam ortabab yemək verilir, həkimlərin, tibb personalının da peşəkarlığına söz ola bilməz. Amma sözümün canı başqadır: Əslində, bu tip “müalicəyə” stasionar müalicə yox, “stasionar müayinə” deyilsəydi, daha düzgün səslənərdi. Çünki TƏBİB-in göstərişi ilə xəstələrin müalicəsinə ayrılan vaxt yalnız müayinələrə yetir, xəstə heç bir ciddi müalicə ala bilmir. Ortada dövlətin milyonlarla maddi vəsaiti “pulsuz müalicə” adıyla səmərəsiz xərclənir. Axı müayinələri poliklinikalarda da etmək olar. Xəstəxana şəfa ocağı kimi qalmalıdır…
 
 
 
Elman Eldaroğlu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI