Baydenin məktubunda mühüm detal

18:25 27-05-2024 | icon 203 | Dünya
Baydenin məktubunda mühüm detal

"Bakının yaratdığı reallıqlar artıq qəbul edilir"

 

“ABŞ prezidentinin Azərbaycan prezidentinə 28 May Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlaması artıq ənənəvi xarakter alıb”.

 

Bu sözləri politoloq Oqtay Qasımov Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezident İlham Əliyevə təbrik məktubu göndərməsini şərh edərkən deyib.

 

Onun sözlərinə görə, adətən bu cür məktublar pozitiv tonlarda yazılır:

 

“Bu ilki məktub da əvvəlki illərdən fərqlənmir. ABŞ prezidenti məktubda ikitərəfli münasibətlərə, diplomatik əlaqələrin qurulmasının tarixinə, enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorla mübarizə məsələlərinə toxunub. Bundan başqa məktubda iki ölkənin Əfqanıstanda çiyin-çiyinə döyüşməsi, Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi məsələləri də qeyd edilib.

Təbii ki, bunlar müsbət mesajlardır. İki ölkə arasında 30 ildən artıq əməkdaşlıq mövcuddur. Təəssüf ki, Vaşinqton müəyyən vaxtlarda siyasətini yeritmək üçün təzyiqlərə əl atır. Bu da münasibətlərə təsirsiz ötüşmür.
İki ölkə arasında müəyyən soyuqluq olsa da hazırda bu məsələ aradan qalxıb. Münasibətlərin inkişaf etdiyinin şahidi oluruq. ABŞ üçün Azərbaycan mühüm ölkədir. Vaşinqton Bakının regionda yaratdığı reallıqları artıq qəbul edir. ABŞ səfirinin Şuşaya səfəri də bunu sübut edir”. /Globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI