Diktatura, insan haqlarının pozulduğu ölkə

09:04 28-05-2024 | icon 228 | Siyasət
Diktatura, insan haqlarının pozulduğu ölkə

Elşad Mirbəşir: "Azərbaycan müstəqil xalqların müstəqilliyinin ən fəal qoruyucularındandır"

 

“Fransa Cənubi Qafqazda Azərbaycanın iradəsi ilə formalaşan yeni geosiyasi reallıqları qəbul də bilmir. Fransa öz uğursuzluqlarının, məğlubiyyətinin hirsini başqalarından çıxarmağa çalışır. Fransanın özü diktatura, insan haqlarının pozulduğu ölkədir”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Elşad Mirbəşir Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi ilə bağlı açıqlamasında bildirib.

 

E.Mirbəşir bir çox faktlarla Fransa hökumətinin mahiyyətini ortaya qoyub. O, Fransanın vaxtilə Ermənistan-Azərbaycan münaqişəsi üzərindən Cənubi Qafqazda destruktiv fəaliyyətlə məşğul olduğunu önə çəkib:

 

“Fransa hökuməti Azərbaycan ərazisindəki erməni separatçıları ilə sıx təmasda idi. Fransa hakimiyyət təmsilçiləri, senat üzvləri Qarabağa qeyri-qanuni səfərlər edirdilər. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra Fransa düşmənçilik şəklini dəyişdi. Fransa parlamentində dəfələrlə ölkəmizə qarşı aşkar qərəzli müzakirələr təşkil olundu, qətnamələr qəbul olundu, separatçılara aşkar dəstək istəyi nümayiş edildi. Avropa təhlükəsizliyinə ən ciddi təhdid yaradan amillərdən biri məhz separatizm olsa da, Fransa Azərbaycan ərazisində dövlət səviyyəsində separatizmi dəstəkləyirdi və bunun davam etdirilməsinin zəruriliyini bildirirdi. Azərbaycan öz ərazisində separatizmin kökünü kəsdi. Fransaya Cənubi Qafqazda manevr imkanları saxlamadı. Çünki Fransa Cənubi Qafqazda münaqişə, separatizm amili üzərindən öz təhlükəli maraqlarını gerçəkləşdirmək istəyirdi. Bu da region, regionun təhlükəsizliyi üçün çox təhlükəli idi. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi keçmiş münaqişə vəziyyətinin aradan qaldırılması deyil, əksinə, münaqişə vəziyyətinin qeyri-müəyyən müddətə saxlanılması istiqamətində fəaliyyət göstərirdi. Fransa münaqişəni idarə etməklə məşğul idi. Məqsəd ondan ibarət idi ki, müəyyən zaman keçdikdən sonra Azərbaycan torpaqlarının hüquqi statusunun dəyişdirilməsi imkanı yaransın. Fransanın siyasətinin mahiyyəti Azərbaycan torpaqlarını anneksiya edib Ermənistana birləşdirməkdən ibarət idi. Amma Azərbaycanın iradəsi, Prezidentin qətiyyəti, strateji baxışları sayəsində Cənubi Qafqazda destruktiv fəaliyyət imkanlarından məhrum oldu”.

 

E.Mirbəşir bu gün Azərbaycanın neokolonializmə qaşı mübarizə aparmaqda olduğunu deyib. O, Prezidentin fevralın 14-də andiçmə mərasimində dediyi fikirlərə istinad edərək, bildirdi ki, Azərbaycan bundan sonra da neokolonializmə qarşı mübarizə aparan dövlətlərin yanında daha qətiyyətlə yer alacaq. Deputat Prezidentin çıxışına istinadla vurğulayıb ki, Azərbaycan müstəqil dövlətlərin, xalqların müstəqilliyinin ən fəal qoruyucularından biridir. O, bu məqsədlə Bakı Təşəbbüs Qrupunun yaradıldığını, problemlə bağlı müxtəlif müzakirlər kerçirildiyini, neokolnilizmlə mübarizə aparmaq istəyən dövlətlərin nümayəndələrinin Bakıya toplaşdığını və bu yöndə bütün imkanların toparlanaraq koordinasiya olunmasının müzakirə edilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğuladı.

 

Deputatın sözlərinə görə, bu prosesdə Yeni Kaledoniya əhalisi Azərbaycana çox böyük ümidlər bəsləyir:

 

“Fransa özünün imperialist siyasətinin sonunun gəldiyini hiss etməkdədir. Bu baxımdan Azərbaycanın hüquqları məhdudlaşdırılan, öz azadlıqlarını təmin etmək istəyində olan xalqların yanında olması Fransanı ciddi narahat edir. Ona görə də ölkəmizə qarşı hücumlarını davam edir, əsassız ittihamlar irəli sürürlər”.

 

E.Mirbəşir bildirib ki, insan hüquqlarının pozulduğu, demokratik prinsiplərə biganə yanaşıldığı ölkə elə Fransanın özdür. O, bu kontekstdə təkcə Parisdə etirazlar zamanı güc strukturlarının dinc etirazçılara qarşı hansı sərt addımları atmasını, sarı jiletlilərin etirazı zamanı neçə-neçə dinc etirazçının qətlə yetirilməsini, həbs olunması və xəsarət almasını qeyd edib:

 

“Eyni sözləri Yeni Kalidonyada baş verən etirazlarla bağlı demək olar. Bütün bunlar Fransanın mahiyyətini aydın şəkildə göstərir. Bu gün Fransa neokolonializm siyasətini aşkar göstərən ölkədir. Fransa müstəqil dövlətlərin, xalqların düşməni olduğunu hər addımda göstərir. Fransa başqa bir ölkə haqqında fikir söyləyərkən, yaxşı olardı ki, birinci özünə baxsın”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI