"Məktəblərimizdə cinayətkarlar çalışır"

09:37 28-05-2024 | icon 347 | Təhsil
"Məktəblərimizdə cinayətkarlar çalışır"

Cinayətlərlə Mübarizə Şurasının (Brottsförebyggande rådet - Brå) məlumatına görə, İsveçdəki cinayətkar qruplar getdikcə daha çox azyaşlını öz fəaliyyətlərinə cəlb edir və Stokholmdakı 50-yə yaxın məktəb narkotikin açıq ticarətinin aparıldığı və ya saxlandığı yerlərin yaxınlığında yerləşir.

 

Versus.az xəbər verir ki, hökumət Məktəb Şurasına məktəblərin cinayətkar şəbəkələr qarşısında nə qədər zəif olmaları barədə aydın mənzərənin tərtib edilməsi işini tapşırıb.

 

"Cinayətkar qrupların məktəbə kifayət qədər güclü təsiri var. Məktəblərdə cinayətkarlıq hər zaman olub, amma bu gün uşaq və gənclərin istismarının daha inkişaf etmiş metodu ilə üzləşirik”, - deyə təhsil naziri Lotta Edholm bildirib.

 

Onun sözlərinə görə, digər bir problem, məktəbdə məşğulluqla bağlı bildirilməli olan cinayət kateqoriyalarının çox az olmasıdır ki, bu da İsveç təhsil müəssisələrində cinayət keçmişi olan insanların çoxalmasına səbəb olur.

 

“İşə qəbulla bağlı yoxlamalar, məsələn, narkotik və silahla bağlı cinayətləri əhatə etmir. Sistemdən yayınmağa müvəffəq olan və məktəblərimizdə işləyən həqiqi cinayətkarlar var. İlk növbədə uşaqlarımızın naminə quldurluq cinayətləri ilə mübarizə üçün bütün mövcud metodlardan istifadə etmək vacibdir”, - deyə Lotta Edholm qeyd edir.

 

Hökumətin sözügedən tapşırığı çərçivəsində Brå, Polis İdarəsi, Milli Səhiyyə və Sosial Təminat Şurası, Məktəb Müfəttişliyi və Bərabər Hüquqlar Agentliyindən alınan məlumatlara əsasən, Məktəb Şurası gələn il iyunun 30-dək bununla bağlı hesabat hazırlayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI