Səmərəli, funksional fundamental idarəçilik sisteminin TƏZAHÜRÜ

07:30 04-06-2024 | icon 520 | Siyasət
Səmərəli, funksional fundamental idarəçilik sisteminin TƏZAHÜRÜ

Ramil Hüseynov: “Bütün bu faktlar Azərbaycan diplomatiyasına və siyasətinə transfer olundu və qələbə qazandırdı”

 


“Bütün geniş spekterli risklərə məkirli, qərəzli oyunlara müqavimət gücü olan siyasi-iqtisadi hüquqi bir sistemin yaradılması Prezident İlham Əliyevin səmərəli, funksional, fundamental idarəçilik sisteminin təzahürüdür”.

 

Bunu Versus.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Cənubi Qafqaz regionunda Qərbin, Avropanın beynəlxalq hüquqa zidd addımlarına qarşı qətiyyətlə dayanan ölkəmizin xarici hücumlar fonunda mövcud duruşuna diqqət çəkərkən bildirib.

 

Mərkəz rəhbəri yaşadığımız dövrün reallıqlarını dərk etmək üçün cərəyan edən hadisələrin xronoloji ardıcıllığına diqqət çəkib:

 

“44 günlük savaşın müharibə taktikasından tutmuş, rus sülhməramlılarının ölkə sərhədlərini tərk etməsi, eləcə də sonuncu Antiterror əməliyyatı və Xankəndində qaldırılan üçrəngli bayrağın dalğaları, o dalğadan əmələ gələn küləkdən və siyasi havada boğulan zavallılara qədər cərəyan edən prosesləri audın şəkildə ortaya çıxır. Posesləri dəqiq, qərəzsiz analiz etdikdə bu dövlətin bu xalqın varlığı firavan xoşbəxt yaşaması gələcək nəsillər üçün stabil, davamlı prespektivlər, əhəmiyyətli və danılmaz strateji xəttin qoyulduğunu ortaya qoyur. 100 illərin acı həqiqətlərini, xalqımızın yaşadığı iztirabları bəzən göz yaşlarımızı saxlaya bilmədən oxuduğumuz dərsliklərdən tarixi faktları kədərlə yaşamışıq. Amma bu gün o günləri yaşayanlar, o tarixi unutmayanlar qürurla, fəxarət hissi ilə “qisasımız alındı, biz böyük və mütərəqqi bir düşüncə ilə öz dövlətimizi qoruyur, gücləndiririk” deyə bilir. Bu gün yüni tariximizi yazır və yaradırıq. Bu əslində ruhu, cismi ilə bu dövlətə bu irsə bağlı insanlar üçün “Big bang”dır. Çünki bu böyük partlayışın yaranması üçün kifayət qədər ciddi, mükəmməl strateji proqnozlaşdırma və planlaşdırma ortaya qoyulub”.

 

Mərkəz rəhbəri bu uğurun ərsəyə gəlməsi üçün Dünya ölkələrinin, maraqlı ölkələrin, o cümlədən region ölkələrin fundamental xüsusiyyətlərinin dəqiq siyasi analizlərlə hesablandığını bildirib. Onun sözlərinə görə, ölkədə davamlı olaraq aparılan iqtisadi, siyasi, sosial, kadr, ordu quruculuğu və sair islahatlar bütün bu məqsədli dinamik inkişaf, təhlillər, Qarabağ məsələsinin həlli üçün önəmli, vacib, siyasi addımlar idi və bütün sadaladığım faktlar Azərbaycan diplomatiyasına və siyasətinə transfer olundu və qələbə qazandırdı:

 

“Əslində bu gün şahid oluruq ki, Heydər Əliyev idarəçilik sisteminin yanaşmalarının əhəmiyyəti, doğru tövsiyyələri bizim üçün bağlı olan qapıların gələcəyi bizdən gizlədən qapıların açarıdır. O siyasi yanaşmanı daha da gücləndirən, müasir dünya reallıqları ilə uyğunlaşdıran, effektivliyini daha da dərinləşdirən, proqnozlaşdırmanın tipologiyasının bütün variantlarını özündə cəmləşdirən, BMT terminologiyası ilə desək “Good governance” üçün güclü və regionun spesifikasına uyğun zəmin yaradan güclü, qətiyyətli, prinsipial bir liderin tarixi zəfəri bu partlayışı ilə bütün Azərbaycanlıların qəlbində sabaha ümid, işıqlı, qürurlu gələcək vəd etdi”.

 

GÜLNAR
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI