Prezident Ağdam-Xankəndi dəmir yolundan danışıb

07:47 29-05-2024 | icon 179 | Siyasət
Prezident Ağdam-Xankəndi dəmir yolundan danışıb

"Ağdam-Xankəndi dəmir yolunun bərpası, yəni yenidən qurulması layihəsi hazırlanır".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib.

 

“Xankəndi dəmir yolu vağzalının layihəsi mənə təqdim edilmişdir. Yəqin ki, o vağzal bir az fərqli yerdə yerləşəcək, daha uyğun. Ona görə də dəmir yolu ilə buradan – Xankəndidən, Xocalıdan istənilən istiqamətə getmək mümkün olacaq. Həm Bakıya, həm qərb istiqamətinə, Gəncəyə. Ona görə də gediş-gəliş rahat olacaq. İndi Ağdam, Əsgəran, Xankəndi yolunu da genişləndiririk. Siz yaxşı bilirsiniz ki, o yol dar idi.

 

İndi dördzolaqlı yol olacaq. Yəqin ki, Ağdam-Bərdə yolunu görmüsünüz. Necə də gözəl olub. Bu tərəfdən də Şuşaya cəmi 20 dəqiqəlik yoldur, oradan Laçına. Laçın-Şuşa yolunda bir neçə tunel, körpü inşa edilir. Yəqin ki, siz o yol ilə çox gedib-gəlmisiniz. Hamısı belə serpantin idi. Bu serpantinləri də düzəldirik, körpülər, tunellər. Şuşadan Laçına maksimum 25 dəqiqəyə getmək mümkün olacaq. Deməli, buradan bütün yaxın qonşu rayonlara da gediş-gəliş çox rahat olacaq”, – Prezident qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI