Rusiyanın yeni, qalmaqallı Qarabağ PLANI

14:23 29-05-2024 | icon 200 | Dünya
Rusiyanın yeni, qalmaqallı Qarabağ PLANI

Təhlükəsizlik eksperti xəbərdarlıq edib

 

Rusiyanın Xankəndidə konsulluq açmaq istəməsi sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb. Bu addımı riskli hesab edənlər olduğu kimi, zərərsiz görənlər də var.

 

Rusiyanın Qarabağda baş konsulluq açması Azərbaycanın xeyrinədir, yoxsa zərərinə? Bakı buna icazə verəcəkmi?

 

Politoloq Qabil Hüseynli deyib ki, Rusiyanın Xankəndidə baş konsulluq açması indiki reallıqlar çərçivəsində heç bir əhəmiyyət kəsb etmir:

 

“Azərbaycan illərdir Rusiya ilə balans siyasətinə diqqət edib. Bu bizə nəticə etibarilə Qarabağ zəfərini bəxş etdi. Bu gün Qarabağ münaqişəsinin həll edilməsi balans siyasətimizin dəyişəcəyi mənasına gəlmir, çünki regionda marağı olan qüvvələr var.

 

Azərbaycan Türkiyə və Rusiya ilə münasibətlərin inkişafına, strateji tərəfdaşlığa, müttəfiqliyə xüsusi diqqət edir. Təsadüfi deyil ki, Türkiyənin də Şuşada konsulluğu açılacaq. Yəni əslində hər iki ölkənin Qarabağda konsulluq açmaq istəməsini Bakı öz maraqları çərçivəsində istifadə etmək istəyir.

 

Qabil Hüseynli

 

Ümumiyyətlə, diplomatik korpusların Qarabağa köçürülməsi regionda münaqişənin bitdiyi, təhlükəsizliyin təmin edildiyi mesajını verir. Bakı bununla həm də regiona yeni investisiya cəlb etmək istəyir.

 

Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət uzaqgörən və gələcəyə hesablanıb. Yəni bu gün Rusiya Xankəndidə konsulluq açmaq istəyirsə, Bakı bunun riskli və müsbət tərəflərini hesablayıb. Veriləcək qərar da sırf maraqlarımıza uyğun olacaq. Hesab edirəm, narahat olmağa dəyməz”.

 

Təhlükəsizlik eksperti Sülhəddin Əkbər isə hesab edir ki, Rusiya sülhməramlıları Azərbaycanı tərk etdikdən sonra Moskvanın ölkəmizdəki təsir imkanları  minimuma düşüb:

 

“Rusiya bu gün itirdiyi mövqeləri siyasi, diplomatik, kəşfiyyat, iqtisadi sahədə artırmaq istəyir. Diplomatik istiqamətdə isə xüsusi fəallıq müşahidə edilir.

 

Konsulluq xidməti hər bir ölkənin kəşfiyyat və təhlükəsizlik xidmətinə təsir edir. Rusiya Qarabağda yeni bir mərkəz, ocaq yaratmaq istəyir. Bununla göstərmək istəyir ki, Qarabağı tərk etməyib.

 

Sülhəddin Əkbər

 

Kreml Qarabağda “beşinci kolon” yaradılmasına çalışır. Çünki ermənilər oranı tərk etdikdən sonra buna ehtiyac var. Bununla həm də gələcəkdə ermənilərin Qarabağa qayıtmasını təmin etmək istəyirlər. Yəni buna yol vermək olmaz.

Bu gün Qarabağda rus vətəndaşları yoxdur. Bu konsulluq heç bir halda təyinatı üzrə işləməyəcək. Əsas iş kəşfiyyat fəaliyyəti olacaq”. /global.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI