“Ölkə Prezidentinin Xocalıya xüsusi yanaşması oldu”

14:47 29-05-2024 | icon 184 | Siyasət
“Ölkə Prezidentinin Xocalıya xüsusi yanaşması oldu”

Fəzail Ağamalı: "Bu gün də o acı günləri yaddaşlarımızda yaşatmaqdayıq”

 

Ölkə Prezidenti cənab İlham Əliyev Müstəqillik Günü ərəfəsində xalqa, Xocalıya və dünyaya yenidən səsləndi. Məlumdur ki, Prezidentin öz ad günlərini və ölkəmiz üçün əlamətdar tarixi günləri xalqın arasında keçirməsi artıq müjdə dolu ənənəyə çevrilib.

 

Bu gün Xocalı və xocalılar Prezidentin səfəri və çıxışları kontekstində nəyə şahidlik etdi, Ali Baş Komandan tərəfindən Xocalıdan hansı mesajlar verildi?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açılama verən deputat Fəzail Ağamalı bildirib ki, 44 günlük müharibə və 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatından sonra ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş və bu gün də quruculuq işlərinin geniş miqyas aldığı dogma yurdlarımıza səfəri böyük əhəmiyyətə malikdir.

 

Deputat qeyd edib ki, Prezident bu səfərlər çərçivəsində görülən işlərlə tanış olur, lazımi tapşırıqları verir və quruculuq prosesi sistemli şəkildə davam etdirilir. O, ölkə Prezidentinin Xocalıya xüsusi yanaşmasının olduğunu vurğulayıb:

 

“Nəticədə qısa zamanda bərpa istiqamətində tədbirlər görüldü və mayın 28-də Xocalının öz sakinləri öz dogma yurdlarına qaytarıldı. Artıq Xocalı da inkişaf edən, gözəlləşən, bütün problemləri qısa zamanada öz həllini tapan gözəl yurdlarımızdan birinə çevrilməkdədir. Bütün bunların təşkilatçısı, memarı möhtərəm Prezidentdir və buna görə Azərbaycan xalqının təşəkkürünə, məhəbbətinə layiqdir”.

 

Deputat Xocalıda məskunlaşma ilə zamanlamaya diqqət çəkib. Bildirib ki, məskunlaşma o zaman həyata keçirilə bilərdi ki, separatçı xunta regimi tamamilə ləğv edilsin və artıq 2020-ci ilin noyabr ayında üçtərəfli bəyanatın konsepsiyasına uyğun olaraq Rusiyanın sülhməramlı qüvvələrinin Azərbayacanın Qarabağ bölgəsində qalmasına ehtiyac olmasın:

 

“Bu proses uğurla başa çatdı və sülhməramlılar qərargahlarının yerləşdiyi Xocalını tərk etdilər. Birmənalı şəkildə demək olar ki, bu hadisə ölkə Prezidenti İlham Əliyevin həyata keçirmiş olduğu ciddi diplomatik, hərbi, siyasi uğurunun nəticəsi idi. Xocalıya xüsusi diqqət yetirilməli idi ki, bu da qısa zamanda həyata keçirildi. Çünki Xocalı Azərvabyacn tarixində, xalqın qan yaddaşında başqa bir asossasiya doğurur. Xocalı soyqırımı 90-cı illərin əvvəlində Azərbaycan xalqına vurulan ən ciddi zərbə idi və bu gün də o acı günləri yaddaşlarımızda yaşatmaqdayıq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI