“Qərbi Azərbaycan var və orada erməni yaşamayıb”

15:00 30-05-2024 | icon 209 | Siyasət
“Qərbi Azərbaycan var və orada erməni yaşamayıb”

Qabil Hüseynli: “Kilsənin siyasətə müdaxiləsi hüquqi cinayət məsuliyyəti yaradır”



Ermənistanda keşiş aksiyalarının arxasında dayanan güclər Azərbaycanla gözlənilən sülh müqaviləsinin bağlanmasına təhdidlər yaratmaqdadır. Vəziyyət, Azərbaycanın yaratdığı reallıq, ərazi bütövlüyü, sərhədlərin müəyyənləşdrilməsi, xarici təssirlər və digər mühüm proseslər fonunda müxtəlif aspektlərdə təhlil olunur. Mövcud durum, proseslər hansı istiqamətdə inkişaf edir?

 

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən politoloq Qabil Hüseynli mühüm məqamlara toxunub.

 

- Bu gün Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə öz həllini tapması üçün hansı addımlar atılır; region hansı hadisələrə şahidlik etməkdə?

 

- Regionda lazım olan addımlar atılıb. Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Ermənistanın təcavüzü nəticəsində 30 il işğal altında qalan torpaqlarda geniş quruculuq işləri gedir. Bu quruculuq işləri kifayət qədər xərc tələb edən kommunikasiyaların, logistik yolların yaradılması ilə bağlıdır. Eyni zamanda əhalinin bölgəyə böyük qayıdışı ilə bağlı ev tikintisi, sosial obyektlərin inşa edilməsi və bölgəni yenidən canlandırıb yaşayış halına salınması ilə səciyələnir.

 

Son ən mühüm hadisə Qazağın 4 kəndinin bir güllə atılmadan geri alınması oldu. Daha 4 kəndin geri alınması delimitasiya prosesində həllini tapacaq. Bir çox hallarda sərhəddin düzgün müəyyən edilməməsi, hətta məsələnin BMT müstəvisində həll olunması ilə bağlı absurd yanaşmalara rast gəlirik. Birdəfəlik anlamaq laızmdır ki, beynəlxalq qurumlar Azərbaycanın əraziləri, sərhədləri ilə bağlı bizim xeyrimizə heç bir addlm atmayıb, atmayacaqlar da. Dünyada beynəlxalq təşkilat adına heç nə qalmayıb. Bununla belə proses addım-addım irəliləyir. Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq, güllə atmadan ərazilərinin geri alnması üçün çox ciddi adımlar atdı. Həmin ərazilərdə dağlıq, yüksəkliklər, çəmənliklər, əkin, örüş sahələri var. Artıq vaxtilə həmin torpaqları məcburən tərk edən qazaxlılar yenidən öz yurdlarına geri dönüb, o torpaqların bütün gözəlliklərini yenidən doya-doya dadacaqlar. Amma eyni zamanda ən mühüm məsələlərdən biri də azad olunmuş ərazilərimizdə bütün istiqamətlərdə yenilənmənin, şəffaflığın, sosial ədalətin, haqq-hqüququn təmin edilməsi və əhalinin güzaranın yaxşılaşması, eləcədə regonun inkişafı üçün idarəedici orqanların öz işini düzgün qurması və xalqın rifahının yaxşılaşdırılmasının ön plana çəkilməsidir. Qalan kəndlərin də geri alınaraq o yerlərə can gətirilməsi mühümdür, böyük əhəmiyyət kəsb edir.

 

- Bu kəndlərin işğal faktı hansı mühüm məqamları ortaya qoydu?

 

- Həmin kəndlər bütün işğallar hansı təxribat və hansı siyasətlə həyata keçirilibsə, bu 8 kəndin də işğalı o formada baş vermişdi. Erməni separatçıları rusların tankları, topları ilə atılan təxribatçı atəşlərlə, müxtəlif informasiyalar ötürməklə, yerli sakinlərin qorxudulması, ölüm təhlükəsi altında saxlayaraq əraziləri tərk etməyə məcbur ediblər. Həmin dövrlərdə daxildə olan hərcmərclik, orduda nizamsızlıq, hakimiyyət davası sərhəddə yaşayan insanların özünü müdafiəsiz hiss etməsi və bu cür hallarda müqavimətsiz qalmalarına səbəb olurdu. Ona görə də insanlar çox zaman çıxış yolunu öz evlərindən köçüb getməkdə görürdülər. Torpaqların işğala məruz qalmasında Azərbayacan televiziyalarında daha çox xalqın milli ruhunu əzən verilişlərin olması, lazımı informasiyaların verilməməsi də öz təsirini göstərirdi. Hesab edirəm ki, torpaqların işğalı, yaxud ondan sonrakı prosesdə televiziylarda insanların milli-mənəvi gücləndirən verilişlərə önəm verilməlidir. Bu gün də müşahidə olunan ailə-məişət zəmində milli xarakterimizi zəhərləyən, xalqın dəyanətini, mənəviyyatını pozan , milli iftixar hissini aşağılayan verilişlərə qadağa qoyulmalıdır. Televiziya xalqı maarifləndirmək üçündür, yüksək ideallara daşımaq yoludur. Bu gün dövlət sərhədlərimizin bütövləşməsi ilə paralel televiziyalarımızın işi vətənpərvərlik ruhunda düzgün qurulmalıdır.

 

- 4 kəndin alnması ilə artıq delimitasiya prosesinin başlandığı qeyd olunur. Ümumən bu prosesi necə dəyərləndirirsiz?

 

- Proses gedir. Hələ ki, müxtəlif dövrlərin topoqrafiq xəritələrinə söykənərək, sovet dövründə mövcud olan inzibati ərazi bölgüsünü müyyənləşdirən sərhəd xəttləri indi dövlət sərhəd xəttləri ilə əvəz olunur. Burda xəritələrdən çox 1991-ci ildə Almatı şəhərinə imzalanmış bəyannamənin rolu var. Almatı Bəyannaməsində müstəqilliyini elan etmiş respublikalar sovet dövründə mövcud olmuş inzibati ərazilərin sərhədlərini dövlət sərhədləri kimi tanıyırlar. Yəni əldə olunan razılaşma belədir ki, Ermənistan Azərbayacanın 86,6 kvadrat kilometr ərazini tanıyır, Azərbaycan da Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini. Yəni Almatı bəyannaməsi xəritələrdən üstün, daha yüksək hüquqa malik sənədlərdir. Bəzi yerlərdə sərhədləri müəyyənləşdirmək üçün xəritələrdən istifadə ediləcək. Amma qədim dövrün xəritələrinə yox, sovet dövrünün dağılmasına doğru çəkilən xəritələr gündəmdə olacaq.

 


- …”siz elə edəcəksiniz ki, 21-ci il Qars müqaviləsini ortaya qoyacaqlar və bu da İrəvanın əldən getməsi olacaq”-deyə üzünü etirazçılara tutan Paşinyanın bu fikirlərinin arxasında hansı notlar var, nədən narahatdır?

 

- Paşinyan çox gözəl bilir ki, erməniləri bu bölgəyə 1828-ci il Türkmənçay müqavilsindən sonra ruslar gətiriblər. Və İrəvan xanlığını istila ediblər. Rusların yanında quyruq bulayan keşişlər, ermənipərəstlər qədim tarixdən, dünyada birinci svilizasiyanın yaranmasndan danışıb insanların beynini doldurublar. Binəva Paşinyan deyir ki, -mənim xalqım reallıqları qəbul edə bilmir. Çünki onun beynini keşişlər və onun ətrafında dolaşan tarixçilər pozublar, reallıqları anlaması anlayışını məhv ediblər. Missiyamdan biri də ondan ibarətdir ki, bu bədbəxt xalq bugünkü reallıqları, beynəlxalq hüquq normalarını qavrasın. Dünyanın bugünkü idarəedilməsinin hüquqi əsaslarını öyrənsin”. Paşinyan ağıllı adamdır, bilir ki, “Qərbi Azərbaycan” torpaqları var. Və orada erməni yaşamayıb.

 

Məsələn, Dilicanda verilən bir kənddə yaşayan ermənidən soruşur: neçə ildir burda yaşayırsan? Deyir 15 il. Soruşur 15 ildən qabaq harda yaşamısan, deyir Ermənistanın hansısa kəndində. Deyir, o vaxt sizin yaşadığınız bu yerdə kim qalırdı. cavab verir ki, bilmirəm. Deyir necə bilmirsən burda azərbaycanlı yaşıyırdı. İndi həmin azərbayacanlı ya özü gələcək, ya da ordusu gəlib səni burdan qovacaq. Sən gəlib İrəvanda mənim kabinetimin qarşısında mələyəndə səni qəbul etməyəcəm. Xoşluqla torpağı qoy çıx”. Ermənistanda kilsə ilə Paşinyanın münasibətləri qaydasında deyil. Amma kilsənin o qədər nöqsanları var ki, əgər bunların hamısını cinayət məcəlləsində təsbit eləsələr erməni kilsəsinin böyük bir hissəsini həbsə atmaq mümkün olacaq.

 

- Kilsənin özünün siyasətə müdaxilə etməsi özü nə deməkdir?

 

- Kilsənin siyasətə müdaxilə etməsi və siyasəti istiqamətləndirməyə çalışması hüquqi cinayət məsuliyyəti yaradır. Yəni kilsə heç zaman siyasətə və siyasətçilərin işinə qarışmamalıdır.

 

- Kilsəni siyasətə müdaxilə etməyə, aksiyalar keçirməyə kim təhrik edir?

 

- Kilsəni bu aksiyalara vadar edən Röbert Köçəryan və onun başının dəstəsidir. Ciddi şəkildə antinikol kampaniyasına qoşulub bütün adamlarını da bura cəlb edib. Serj Sarkisyan da bu prosesdə iştirak edir. Bunların hər ikisi Rusiya kəşfiyyat idarəsinin agentləridir. Bu iki nəfər hər zaman Rusiyanın tapşırıqları ilə oturub durub. Ermənistanda baş verənləin baş rejissoru qərhəman rus idarəçiləridir. Və onlar bu prosesi maliyyələşdirib icrasını Köçəryana, Sarkisyana, Ohanyana tapşırıblar.

 

-Əgər kilsə aksiyaları hakimiyyət dəyişikliyinə səbəb olarasa bu regionda sülh prosesinə hansı təsirini göstərə bilər?

 

- Əgər Nikol Paşinyan hakimiyyətdən uzaqlaşdırılacaqsa, hakimiyyətə revanşistlər -Köçəryan gələcək. Bu da bölgədə yeni müharibənin başlamasına gətirib çıxaracaq. Bu müharibədə yenə Rusiya 30 il oynadığı rolu alacaq, yenə Ermənistana tanklar , toplar verəcək. Yendə də vəziyyət gərginləşəcək. Hər halda ümid edək ki, Paşinyanı yıxmaq mümkün olmayacaq. Çünki Kilsə getdikcə zəifləyir. Əvvəl ətrafında 500 adam var idisə, indi 300 adam qalıb. Getdikcə daha da azalacaq.

 

- Sülh müqaviləsinin noyabr ayında bağlanacağı ehtimalı nə dərəcədə real ola bilər?

 

- Hakimiyyət vətəndaş qarşıdurması səngisə sülh danşıqları prosesi yenidən start götürəcək. Əks halda proseslər gərginliyini saxlayacaq.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI