“Baş konsulluq orda lazım olacaq”

17:00 30-05-2024 | icon 214 | Siyasət
“Baş konsulluq orda lazım olacaq”

Aydın Quliyev: "Rusiya bölgədə mövcudluğunu saxlamaq istəyir"

 

"Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi sülhməramlıların vaxtından qabaq, heç bir problem yaratmadan Qarabağı tərk etməsindən sonra diqqətçəkicidir. Bu, birdən-birə deyil, diplomatik kanallarda müəyyən müzakirlərdən keçərək məsləyə çıxarılmış məsələdir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi ekspert Aydın Quliyev bildirib.

 

Ekspert hesab edir ki, bu, Rusiyanın istəyidir. Rusiya bölgədə 200 ildən artıq mövcud olmuş bir ölkə olaraq bölgəni tərk eləmək istəmir. Onun sözlərinə görə, Rusiya bölgədə mümkün qədər siyasi, diplomatik, hərbi mövcudluğunu saxlamaq isəyir. O, Baş Konsulluğun açılmasının bir neçə ehtimalla izah edilməsini mümkün sayıb:

 

"Vətən müharibəsindən sonra və rus sülhməramlıların Qarabağda mövcud olduğu bir vaxtda Rusiya Gorusda baş konsulluq açmaq istədiyini bildirmişdi. O zaman Rusiya ilə münasibətləri sabit olan Ermənistan buna elə bir aqressiv münasibət göstərmirdi. Sonradan İran da baş Konsulluq açmaq məsələsini ortaya gətirdi və Qərbi Zəngəzurda İranın Baş konsulluu açıldı. Amma Rusiyanın konsulluğu açılmadı. Bu, Rusiya-Ermənistan münasibətlərindəki gərginləşən mövqelərin təsiri ilə baş vermişdi. Buna görə də Rusiya Qərbi Zəngəzurda baş konsulluğun ola biləcəyi ehtimalının azaldığını və belə şəraitdə baş konsulluğun Qarabağ bölgəsində açılmasını daha real hesab edib”.

 

A.Quliyev hesab edir ki, Azərbaycanla Rusiyanın indiki münasibətləri konsulluğun açılmasına imkan verir:

 

“Birincisi, bu, Qərbi Zəngəzurda baş konsulluq açmaq ehtimalının qeyri-real olması ilə bağlıdır. İkincisi, Rusiyada müəyyən dairlər ermənilərin hansısa sayda, səviyyədə Qarabağa qayıtmaq ehtimallarını kənara qoymaya bilər. Üçüncü, Ermənistan işğalçıları 30 ildə Qarabağı və Şərqi Zəngəzuru darmadağın ediblər, bu bölgələrin bərpasında Rusiyanın iştirakçılığını təmin edə bilər ki, Rusiya bunu istəyir. Eyni zamanda Rusiyanın regionları ilə Azərbaycan regionları arasında ciddi ticarət əlaqələri var. Ehtimal etmək olar ki, Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ bölgəsində iqtisadi, investisiya və ticarət siyasətinin getdikcə güclənəcəyi gözlənilir. Buna görə də baş konsuluq orda lazım olacaq”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI