Azad edilmiş ərazilərə 2025-ci ilin köç qrafiki müzakirə edildi

10:13 30-05-2024 | icon 204 | Siyasət
Azad edilmiş ərazilərə 2025-ci ilin köç qrafiki müzakirə edildi

Azərbaycan işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Prezidentinin xüsusi nümayəndələri, Prezident Administrasiyasının və digər aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, İşçi Qrupun üzvləri iştirak edib.

 

İclasda yaşayış məntəqələrində kənd təsərrüfatına yararlı torpaqların planlaşdırılması, işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə 2024-cü ilin sonunadək əhalinin köçü nəzərdə tutulan yaşayış məntəqələrində görülən işlərin cari vəziyyəti, 2025-ci ilin köç qrafiki və digər məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

 


 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI