Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti ARTIR

11:14 30-05-2024 | icon 276 | Gündəm
Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti ARTIR

Daima əlçatanlığı və sərfəliliyi artıran, xidmət və məhsullarını inkişaf etdirən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC internetin sürətini artırır.

 

Versus.az xəbər verir ki, qurumlar iyunun 1-dən etibarən qiymətləri sabit saxlamaqla GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətini 40 Mbit/s-ə, 50 Mbit/s internet sürətini isə 60 Mbit/s-ə qədər artıracaq.

 

Bu addım ölkəmizdə dünya trendləri ilə ayaqlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin qorunması məqsədi daşıyır. Sözügedən yenilik nəticəsində müştərilərimiz üçün daha sürətli internet əlçatan olacaq.

 

Qeyd edək ki, “Aztelekom” və “Baktelecom” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşlarındandır.

 

Layihə çərçivəsində ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 35 Mbit/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.

 

Azərbaycanda ümumilikdə 2,29 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı təmin edilib. Bu da ölkədə olan təsərrüfatların 78%-ni təşkil edir. Bakı şəhərində isə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 90,2%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.

 

Görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

 

Yeni sürət “Aztelekom”

GPON xidmətləri

Qiymət

1

40 Mbit/s

İnternet

İnternet + telefoniya

İnternet + Rəqəmsal TV

İnternet + Rəqəmsal TV + telefoniya

18 AZN

21 AZN

24 AZN

27 AZN

2

60 Mbit/s

İnternet

İnternet + telefoniya

İnternet + Rəqəmsal TV

İnternet + Rəqəmsal TV + telefoniya

26 AZN

29 AZN

32 AZN

35 AZN

       

 

Yeni sürət “Baktelecom”

GPON xidmətləri

Qiymət

1

40 Mbit/s

İnternet

İnternet + telefoniya

İnternet + Rəqəmsal TV

İnternet + Rəqəmsal TV + telefoniya

18 AZN

21 AZN

26 AZN

29 AZN

2

60 Mbit/s

İnternet

İnternet + telefoniya

İnternet + Rəqəmsal TV

İnternet + Rəqəmsal TV + telefoniya

26 AZN

29 AZN

34 AZN

37 AZN

       

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI