Azərbaycan Ordusu Naxçıvanda təlim keçirib

17:39 31-05-2024 | icon 286 | Gündəm
Azərbaycan Ordusu Naxçıvanda təlim keçirib

Əlahiddə Ümumqoşun Orduda növbəti komanda-qərargah təlimi keçirilib.

 

Müdafiə Nazirliyinin məlumatına görə, komanda-qərargah təlimində bölmələr təlim rayonlarına çıxarılarkən onların manevr imkanları, komandirlərin və qərargahların yaranmış mürəkkəb əməliyyat şəraitində idarəetmə bacarıqları və qərargahların bölmələrin hərtərəfli təminatında fəaliyyətləri yoxlanılıb.

 

Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində yuxarı komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanılaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunub.

 

Təlimin ikinci mərhələsi ənənəvi olaraq qərargahlar tərəfindən qəbul edilən qərarların, komandirlərin bölmələri idarəetmə bacarıqlarının və atəş-dəstək vasitələrinin effektiv istifadəsini görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib.

 

Komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb olunan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib, təlim döyüş fəaliyyətlərinin gedişində xüsusi təyinatlı, tank, mexanikləşdirilmiş, rabitə və artilleriya bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyət üzrə sualların işlənilməsi yoxlanılıb.

 

Təlimə cəlb olunan Hava Hücumundan Müdafiə bölmələrinin döyüş növbətçiliyində olan Kəşfiyyat və Hədəfgöstərmə stansiyaları ilə hava məkanının fasiləsiz kəşfiyyatı aparılıb, məlumatlar təhlil olunaraq komanda və idarəetmə məntəqələrinə, həmçinin qarşılıqlı əlaqədə olan bölmələrə ötürülüb.

 

Döyüş heyətləri müxtəlif hündürlük diapazonlarında intensiv aktiv və passiv maneə şəraitində fəaliyyət göstərən şərti hava düşmənini məhv edərək hava məkanının təhlükəsizliyini təmin edib.

 

Təlimin gedişində Raket və Artilleriya birləşmə, hissə və bölmələri pilotsuz uçuş aparatlarından və qoşun kəşfiyyatı vasitələrinin məlumatlarından istifadə etməklə şərti düşməni aşkar edərək sərrast və dəqiq atışlarla məhv ediblər.

 

Xüsusi təyinatlılar şərti düşmənin dərinliyində, çətin keçidli dağ və meşəlik ərazilərdə müxtəlif kəşfiyyat tapşırıqları yerinə yetirib. Artilleriya bölmələrinin atəşindən yararlanan xüsusi təyinatlılar şərti düşmənin vacib obyektlərini basqın fəaliyyətləri icra edərək ələ keçirib.

 

Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimin yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

İsrail bəyan etdi...

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN