İran generalından ANONS

12:16 03-06-2024 | icon 182 | Dünya
İran generalından ANONS

Hüseyn Salami: “Müharibə variantı artıq…”

 

Düşmənlərimiz belə qənaətə gəliblər ki, İrana qarşı hərbi fəaliyyət qeyri-real variantdır.

 

Versus.Az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun komandanı general-mayor Hüseyn Salami “Bəsic” qüvvələrinin nümayəndələri qarşısında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, İranın izolyasiyası planı artıq əks nəticələr verməyə başlayıb:

 

“Bu gün İrana qarşı müharibə ehtimalı barədə fikir, eləcə də gündəmdə olan variantlar artıq rədd edilir. İrana qarşı müharibənin qeyri-mümkünlüyünün sübutu ölkəyə investisiya qoyulması ilə bağlı son vaxtlar həvəsin artmasıdır. Regional təhlükəsizliyin artıq bizsiz təmin edilə bilməməsi faktı göstərir ki, İslam Respublikasını izolyasiya etməklə bağlı düşmən planları uğursuzluğa düçar olub. Bu gün düşmənlərimiz – məhz amerikalılar, sionistlər və bəzi Avropa ölkələri izolyasiyadadırlar”.

 

Qeyd edək ki, İrana qarşı sanksiyalar ölkədə islam inqilabı olduqdan az sonra başlayıb. 2000-ci illərin əvvəllərində ölkəyə ən sərt sanksiyaların tətbiqinə başlanıb. ABŞ Prezidenti Donald Trampın dönəmində isə Tehranın neft satışına qadağa qoyulub. Sanksiyalar nəticəsində İranın son 10 ildə iqtisadiyyatı iki dəfəyə qədər kiçilib, milli valyutası isə dəfələrlə ucuzlaşıb. Yaranan iqtisadi problemlər ölkə daxilində sosial gərginliklərə də səbəb olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI