İranda prezident olmaq istəyən 4 QADIN

13:28 04-06-2024 | icon 179 | Dünya
İranda prezident olmaq istəyən 4 QADIN

İranda iyunun 28-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün 4 qadın da qeydiyyatdan keçib. Namizədliyini irəli sürən qadınlardan kimin təsdiqlənəcəyi yaxın günlərdə məlum olacaq.

 

Versus.az xəbər verir ki, İRNA agentliyi onların adını açıqlayıb: Zöhrə Elahian, Həmidə Zərabadi, Həcər Çenarani və Rafat Bayat. Onların hamısı İran parlamentinin (Məclisin) keçmiş deputatlarıdır.

 

56 yaşlı Zöhrə Elahian ixtisasca həkimdir və hazırda İran Tibb Elmləri Akademiyasında işləyir.

 

45 yaşlı Həmidə Zərabadi islahatçı qanadı təmsil edir. Namizədliyinin irəli sürülməsi qeydə alındıqdan sonra keçirdiyi mətbuat konfransında o, xarici siyasətdə eskalasiyanın tərəfdarı olduğunu deyib. Zərabadi ümid etdiyini bildirib ki, nə vaxtsa iranlılar qadın prezident seçəcəklər.  

 

Həcər Çenarinin də 45 yaşı var və parlamenmtin deputatı olub. Milli təhlükəsizlik və xarici siyasət komissiyasında çalışıb. Onun atası İran-İraq müharibəsində (1980-1988) həlak olub. Həcər Çenarini parlamentari kimi işləyərkən İranda qadınların məcburi hicab taxması qaydalarını sərtləşdirmək üçün qanunların qəbul edilməsinin tərəfdarı olub.

 

Rafat Bayatın 66 yaşı var, təhsili sosioloqdur. 2005 və 2009-cu illərdə prezident seçkilərində namizədliyini irəli sürsə də, Konstitusiyanın Keşikçiləri Şurası onun namizədliyini təsdiq etməyib.

 

Qeyd edək ki, bu günə qədər heç bir iranlı qadın prezident seçkiləri üçün namizədlərin yekun siyahısında yer almayıb.

 

Mayın 30-dan iyunun 3-dək İslam Respublikasının Daxili İşlər Nazirliyi prezident postuna namizədliyini irəli sürənləri qeydə alıb.

 

İyunun 28-nə təyin edilmiş növbədənkənar seçkilər prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar keçirilir.

 

Cəmi beş gün ərzində namizədliyini irəli sürən 80 nəfər qeydiyyatdan keçib. Lakin onların heç də hamısı seçkilərdə namizəd olmayacaq. Çünki Konstitusiyanın Keşikçilər Şurası 7 gün ərzində 80 nəfərdən kimlərin prezidentliyə namizəd kimi uyğun olub-olmadığını müəyyən edəcək və sonda yekun siyahı açıqlanacaq.

 

İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq.

 

Daha sonra namizədlərə təşviqat kampaniyası aparmaq üçün 14 gün ayrılacaq.

 

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb.

 

Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

 

İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.



Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI