Siyasətdə yeni ZÜMZÜMƏLƏR

19:59 06-07-2024 | icon 601 | Siyasət
Siyasətdə yeni ZÜMZÜMƏLƏR

Ramil Hüseynov: "Məmmədov, elə bilirsən boyundan yuxarı hoppanmaqla boyun böyüyəcək?"

 

"Biz millət olaraq çox məhrumiyyətlərlə, haqsızlıqlarla, dövlət olaraq dərin, kökündən yalnış siyasi təzyiqlərlərlə üzləşmişik. Son illərdə böyük düşüncəyə, mükəmməl siyasi liderlik xüsusiyyətlərinə malik olan bir lider, son illərin siyasi havasını bizə bu neqativ proseslərdən uzaqlaşmaq üçün kifayət qədər yaxınlaşdırdı və biz öz azad müstəqilliyimizi qoruya bilir, bizə düşməncəsinə əl uzadanların əllərini, dil uzadanların dilini kəsə bilirik. Bu şansı, bu siyasi hava axınını ölkəmizə gətirən böyük liderlik xüsusiyyətidir. O cümlədən öz xalqının milli mənəvi dəyərlərinə dərindən yiyələnmək və onların daim yaşaması üçün mükəmməl siyasi, ideoloji strategiya ortaya qoyan bir lider yeni hava axınını məmləkətə gətirdi".

 

Bunu Versus.Az-a açıqlamasında "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib.

 

R.Hüseynov təəssüflə qeyd edib ki, daxildə Azərbaycana qarşı hələ də müəyyən təsirlərə uyan və "xaraktersizlik" xəstəliyinə düçar olanlar var və onlar öz siyasi düşüncələrinə hakim kəsilə bilmirlər:

 

"Bütün bu reallıqları görməyənlər bu gün alternativ reallıqdan danışır. Bəzi fikirlərinə əvvəllər hörmətlə yanaşdığım bir şəxs var idi, həqiqətən elə bilirdim ki, reallıqları dərk edib və siyasi camiyədə özünü təsdiq edib dövlətə yararlı, realist, təfəkkürlü bir şəxs olacaq. Amma heç reallığa yaxın belə gələ bilməyən İlqar Məmmədov böyük iddialarla, romantik fikirləri ilə qeyri-real və anti-dövlət mövqeyi ilə parladı. Olsun, belələri çox olub, amma bunun kimi xəyalsevərlər az olub. Çünki Məmmədovu yaxından tanıyıram. Hansı kosmopolit dəyərlərimizi qətiyyən qəbul etməyən və hansı antidəyərlər düşüncəsində olduğunu siyasi çılpaqlığına qədər bilirəm. Hakimiyyətin bütün siyasi davranışlarında ədalət prinsiplərinə özünü ədalətsiz bir fiqur kimi önə çəkən bu kosmopolit siyasətcığaz elə bilir ki, beş-on kitab oxumaqla siyasətçi olmaq olur. Yanıldın! İlqar Məmmədov, siz siyasətə qatılan gündən, sizə təqdim olunan siyasi karyeranın əvvəlindən kimlərinsə tranzit nömrəsi oldunuz və bu gün də eləsiz. Sadəcə markalar dəyişdi, çəkinizi ölçün, siyasi çəkiniz nə qədərdir ki? Sizin çəkiniz milliqramla belə ölçülmür. Siz niyə belə bu çəkisizlik boşluğunda hoppanıb-düşürsüz axı?! Bu idman növünün sizə heç bir xeyri yoxdur. Elə bilirsiz özünüzdən yuxarı hoppanmaqla boyunuz böyüyür? Qətiyyən elə düşünməyin, yanılırsız, o genetikdir. Sizə yad olan, heç vaxt sizin olmayıb və olmayacaq. Həvəskar peşə ilə məşğul olmayın. Ümumiyyətlə, Azərbaycan siyasətində belə həvəskarlar çox olub, bu gün yeni zümzümlər ortaya çıxıb. Bütün riyakar əməllərinə baxmayaraq, hakimiyyətdən xahişlər edib özlərini məzlum göstərənlər, bir müddətdən sonra əzrail obrazının paltarını geyinənlər, o paltarlar prokatdır, müvəqqətidir. Yenə məzlumlaşıb prokatın pulunu hakimiyyətə ödəmək üçün səcdə edirsiz. Zatən sonunuz, başlanğıcınız, mənbəyiniz, mənsəbiniz bəlli, fundamentiniz bu getdiyiniz yola tab gətirmir. O qədər konstruksiya dəyişikliyi edirsiz ki, sonra deformasiyaya uğrayıb yolunuzdan azırsız. Bu hakimiyyət də sağ olsun, "afərin" deyib sizi azdığınız yoldan çıxardıb, qəzalı vəziyyətdə təmirə göndərir, amma yaxşı ustaların yox, ara ustaların yanına. Ara ustaları da sizi ara siyasi fiqur eləyib birdən xoda salır. Amma sizin qazınız, yanacağınız yalnız xaricdən alınır. Bizim yanacaq zavodumuz işə düşüb, keyfiyyət də artıb, bir yoxluyun görək ara ustaların yığdığı standartlara uyğun gəlirsə, məsləhətdir ki, üzünüzü döndərin ora".

 

LƏMAN
versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI