“Bu həm də uzunmüddətli atəşkəsi təmin edir”

17:09 05-06-2024 | icon 198 | Siyasət
“Bu həm də uzunmüddətli atəşkəsi təmin edir”

Natiq Miri: “Ərazilər məsələsi Demokl qılıncı kimi Ermənistanın üzərində olmalıdır”

 

“Hazırda Qazaxdan sonra sərhədlərin hansı hissəsində delimitasiya, demorkasiya prosesinin başladılması ilə bağlı konkret informasiya mövcud deyil. Bu, qapalı şəkildə, iki dövlətin komissiyası tərkibində müzkirə olunan məsələdir.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Natiq Miri bildirib.

 

Politoloq qeyd edib ki, bununla bağlı kim nə iddia edirsə etsin, qətiyən ona güvənmək olmaz. Çünki bu qapalı informasiyadır və hələlik yalnız 4 kəndin qaytarılması ilə bağlı proses gedərkən bunu bəhanə edən qüvvələrin Ermənistanda Nikol Paşinyan hökumətinin devirməsi üçün növbəti bir etiraz dalğası başlatmasını görürük.

 

Politoloq burda çox ciddi geosiyasi maraqların olduğunu deyib. Onun fikrincə, bu sadəcə Ermənistanın daxili məsələsi deyil:

 

“Hiss olunur ki, bu, idarə olunan bir prosesdir. Ona görə də növbəti delimitasiyanın hansı ərazilərdə olacağı ilə bağlı konkret informasiya yoxdur. Ancaq vacib məsələ ondan ibarətdir ki, Azərbaycan-Ermənistan sərhədində normal coğrafi mövqeyə malik ərazilərdə qarşılıqlı olaraq mübahisə predmeti olan ərazilər mövcud deyil. Bu ərazilərdə sürətlə irəliləmək olar. Bu irəliləyiş sərhədlərin delimitasiya prosesinə töhfə verməklə bərabər, qarşılıqlı etimadı gücləndirəcək. Bu həm də uzunmüddətli atəşkəsi təmin edir”.

 

Politoloq qeyd edib ki, 4 kəndin qaytarılmasından sonra Azərbaycan-Ermənistan sərhədində bir güllə atılmayıb. Onun sözlərinə görə, bu onu göstərir ki, sərhədlərin müəyyənləşməsi həm də təhlükəsizliyə töhfə verəcək legitim bir prosesdir:

 

“Çünki bu beynəlxalq sərhəddir. Yəni dünənə qədər mövcud olan təmas xətti artıq sərhəd nişan xətlərinə, qarşılıqlı qorunma sisteminə çevrilib və bu, sülhə yol açan məsələdir. Ona görə də hesab edirəm ki, düyün nöqtələri, hələlik anklavda olan ərazilərin qaytarılması məsələsi sonraya saxlanıla bilər. Çünki Ermənistanın daxili vəziyyətini də nəzərə almaq lazımdır. Ona görə də qısa müddətdə çərçivə sazişini imzalamaq üçün sülhün yolunu açmaq lazımdır ki, bu da sərhədlərdə düyün nöqtələrini sonraya saxlamaq və razılaşdırıla biləcək mövqelərdə sürətli irəliləyişi təmin etməklə cərəyan edə bilər. Bu həm sülhə töhfə verər, həm də nəqliyyat, komunikasiya sistemlərinin açılmasına şərait yaradardı”.

 

N.Miri delimitasiyanın hansı xəritələrlə müəyənləşməsinə fərqli prizmadan yanaşıb. O, bildirib ki, 1976-cı ilin xəritəsi məhz Qazağın 4 kəndinin qaytarılması çərçivəsində istifadəyə yararlıdır:

 

“1000 kilometrə qədər sərhədin hamısnın məhz 1976-cı ilin xəritələri ilə müəyyən olunacağı şərti, razılaşması yoxdur. Ermənistanın xarici işlər naziri Mirzoyanın son bir açıqlaması var ki, Qazaxıstanda xarici işlər nazirlərinin son görüşündə sülh sənədində Almatı bəyannaməsi prinsipinin birmənalı qeyd olunmasına Azərbaycan razılıq verməyib. Çünki Ermənistanın belə bir iddiası var idi ki, hətta çərçivə sazişində belə Ermənistnın 29 min 743 km ərazisi rəqəmlərlə və paralel olaraq konkret hansı hüquqi sənəd çərçivəsində sərhədlərin müəyyənləşməsi birmənalı olaraq təsbit olunsun. Azərbaycan buna razılıq verməyib və haqlıdır. Çünki Azərbaycanın Ermənistana ciddi şəkildə ərazi iddiaları ola bilər. Çünki əgər sovet, bolşevik hakimiyyəti dönəmindən söhbət gedirsə, bu dönəm bir sistem daxilində baş verib. Yəni 1920-ci ildən başlayan bu işğal 1991-ci ildə SSRİ dağılana qədər bütöv bir sistemdir. 71 il 7 ay çərçivəsində Azərbaycan torpaqlarının Ermənistana peşkəş edildiyi barədə yanlış qərarlar var. Bu sovet dönəmində mümkün olub. Əgər sovet dönəmi bütöv bir sistemdirsə, onda nəyə görə həmin dönəmin xəritələri əsas olaraq götürülməlidir. Əgər xəritələrdən, keçmiş hüquqi sənədlərdən söhbət gedirsə, sərhədlərin 1970-ci illər xəritəsi çərçivəsində götürülməsi üçün əsas yoxdur”.

 

N.Miri bildirib ki, Azərbaycanın hansı əraziləri sovet Rusiyası dönəmində işğal olunubsa. Azərbaycan həmin ərazilər çərçivəsində iddia qaldıra bilər:

 

“Ancaq hələlik Azərbaycan belə bir iddianı ortaya qoymur. Amma bu, Azərbaycanın danşıqlarda mövqeyini gücəndirən məqamdır. Bunu hər kəs anlamalıdır. Yox əgər yeni iddialar, yeni bəhanələr ortalığa qoyulacaqsa, Azərbaycanın mövqelərini gücləndirəcək amillər ortaya çıxacaq. Yəni artıq Qərbi Azərbaycan, Zəngəzur, Dərələyəz, digər ərazilər iddiası qaldırılacaq. Bu, “Demokl qılıncı” kimi hər zaman Ermənistanın üzərində olmalıdır. Ona görə də düşünürəm ki, 1976-cı il xəritəsi bütün ərazilərə görə keçərli deyil”.

 

N.Miri hesab edir ki, bu xəritə ilə normal coğrafi mövqeyə malik ərazilərdə hər hansı problem olmadığı üçün ayrıcı xətti sürətli şəkildə müəyyən etmək olar:

 

“Amma total olaraq bunun bütün ərazilərə tətbiqi doğru olmaz. Çünki qarşı tərəf etimad ediləcək tərəf deyil, idarə olunur. Bu xüsusda qlobal günlərin də maraqları nəzərə alınmaldıır. Ona görə də Azərbaycan bəribaşdan hər şeyə hazır olduğunu göstərən mövqe ortaya qoya bilməz”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI