Bakı İrəvanın təklifini RƏDD ETDİ

11:04 05-06-2024 | icon 133 | Siyasət
Bakı İrəvanın təklifini RƏDD ETDİ

Oqtay Qasımov: "Almatı Bəyannaməsinə istinad edilməsi problem yaradır"

 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın “Mülki Müqavilə” fraksiyasının üzvləri ilə görüşdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının detallarını açması haqda məlumat yayılmışdı. Bildirilirdi ki, o, Azərbaycanın Almatı Bəyanaməsi ilə sərhədlərin çəkilməsinə razı olmadığını deputatlara çatdırmışdı. Həmçinin iddia edilib ki, Ermənistan demarkasiyaya Cermuk və ya Azərbaycan hərbçilərinin yerləşdiyi digər yerlərdən başlamaq istəyir.

 

Politoloq Oqtay Qasımov deyib ki, Azərbaycanın Ermənistanla sərhədlərinin delimitasiya və demarkasiya olunması ilə bağlı mövqeyi məlumdur:

 

“Prezident İlham Əliyevin verdiyi açıqlamalardan da məlum olur ki, prosesdə müxtəlif metodologiyalardan istifadə oluna bilər. Siyasi, xronoloji və s. metodlar buna daxildir. Sözügedən məsələni tərəflər və işçi qruplar müzakirə edərək qərarlaşdırmalıdır. Ona görə də iki tərəf arasındakı sərhədlərin yalnız bir xəritəyə – Almatı Bəyannaməsinə istinad edilməsi problem yaradır. Sovet hakimiyyəti dövründə, 1970-80-ci illərdə də Azərbaycan torpaqları bu və ya digər adlarla Ermənistana verilib. Bu proses o vaxt təsərrüfatlararası səviyyədə həll olunub. Heç bir halda hüquqi sənəd sayıla bilməz”.

 
 

Politoloqun sözlərinə görə, Azərbaycan bu məsələlərin daha dəqiq, beynəlxalq hüquqa və ədalətə uyğun formada həll olunmasını istəyir:

 

“Ermənistan iddia edir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ordusu sərhədlərə çıxanda, xüsusilə də 2022-ci ilin sentyabrında guya Ermənistan ərazilərinə keçib. Bu, rəsmi İrəvanın cəfəngiyyatıdır. Ona görə də Azərbaycan məsələnin özünün təqdim etdiyi sülh təkliflərinə uyğun həllində maraqlıdır. Beynəlxalq hüquq və ədalət prinsiplərinin tətbiq olunduğu variant hər iki tərəfin də maraqlarına uyğundur”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI