Bu illər ləğv edilib, tarixdən SİLİNDİ

11:08 05-06-2024 | icon 141 | Maraqlı
Bu illər ləğv edilib, tarixdən SİLİNDİ

Osmanlı dövründə hər 33 ilin tamamında bir ili “yaşanılmamış” sayıb, “Ləğv ili” adlandırırdılar.

 

Bu barədə Türkiyə mediasında maraqlı araşdırma dərc olunub.

 

Bildirilib ki, Osmanlıda Hicri təqvimindən istifadə edilirdi və hər ay 29-30 gün olurdu. Bu təqvimlə hesablanan 12 aydan ibarət il 354-355 gün idi.

 

Osmanlı İmperiyası 1677-ci ildən maliyyə işlərində Rumi təqviminə keçdi. Bu təqvimdə il 365 gün hesablanırdı. Nəticədə ildə iki təqvim arasında 11 gün fərq olurdu. Həmin 11 gün fərq səbəbindən 33-cü ildə ikiqat ödənişlər edilirdi. Yəni iki təqvim fərqinə görə 32 dəfə vergi yığılır, 33 dəfə maaş ödənilir. Bu isə Osmanlı xəzinəsində ciddi kəsirə səbəb olurdu.

 

O dövrün maliyyə naziri Atıf Mustafa Əfəndi problemi həll etmək üçün “Ləğv ili” məsələni gündəmə gətirdi. Qərara əsasən həmin il yaşanılmamış hesab edilirdi və nəticədə maaş ödənilmirdi. Lakin bu “tapıntı” özü ilə uğursuzluqları da gətirdi. Tarixçi Halil Sahillioğlu “Ləğv ilinin çöküşləri” əsərində 33-cü ilin böhranlara səbəb olduğuna diqqət çəkib. O bildirib ki, Osmanlı İmperiyasındakı üsyanların əksəriyyəti həmin dövrə təsadüf edib.

 

“Ləğv ili”nin Osmanlı dövlətinin getdikcə zəifləməsində rol oynadığı da deyilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

İsrail bəyan etdi...

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Putindən gözlənilməz açıqlama