Un yenə BAHALAŞDI

11:20 05-06-2024 | icon 186 | İqtisadiyyat
Un yenə BAHALAŞDI

Azərbaycanda unun qiyməti artmaqda davam edir.

 

Versus.az  "Xəzər TV"yə istinadən xəbər verir ki, qiymət artımı 50 kiloqramlıq un kisəsində daha çox hiss olunur.

 

Belə ki, əvvəlki aylarda 27 manata satılan 50 kiloqramlıq un kisəsinin hazırda satış məntəqələrində 32 manat və daha baha təklif olunduğu bildirilir.

 

Satıcılar bahalaşmaya əsas səbəblərdən biri kimi dəyirmanlarda qiymətlərin artmasını göstərirlər. Bahalaşmanın bütün un növlərində özünü göstərdiyi qeyd olunur.

 

İqtisadçı ekspert Fuad İbrahimov dünya bazarında unun qiymətində ciddi artımın müşahidə olunmadığını deyib. Onun sözlərinə görə, qiymət artımı müəyyən şirkətlərin yanaşmasından qaynaqlanır.

 

Ekspert həmçinin bildirib ki, taxıl sahələrində biçim dövrü başlayanda qiymətlərin yenidən enəcəyi proqnozlaşdırılır.

 

Xatırladaq ki, bir müddət əvvəl də unun qiymətində artım baş vermişdi. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edirdisə, may ayında bu qiymət 27 manat 35 qəpiyə çatmışdı.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI